Məhkəmə qərarları › İş №3(060)-43/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-43/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-43/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, X2 iştirakı ilə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qəbul edilmiş 23.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 14.12.2021-ci il tarixdə daxil olmuşdur. Məhkəmə iclasında iştirak etmiş X1 izahatında bildirmişdir ki, ona məxsus olan “Lexus” İ5200 markalə avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tiblisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində hərəkətdə olduğu zaman Bakı şəhəri DYPİ YPX-nin inspektoru, polis serjantı X3 tərəfindən saxlanılmış və barəsində Azərbaycan Respubliaksı İXM-nin 327.2-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Lakin həmin protokol ona şəxsən təqdim edilməmiş və elektron ünvana göndərildiyi bildirilmişdir. Lakin o protokolla razılaşmamışdır və bu səbəbdən də Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. Bakı şəhəri BDY-nin X8 idarəsində məhkəmə iclasının yeri və avxtı abrədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə vasitəsilə təmsil edilməmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati xəta haqqında qərardan şikayət üzrə icraatı rədd hallar mövcuddur. Belə ki şikayət ərizəsində konkret olaraq hansı qərardan şikayət verilməsi göstərilməmişdir. Qeyd olunan xüsusatların mövcudluğu Məhkəməyə yekun nəticəyə gəlməyə imkan vermir. Belə ki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılsın. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar