Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-437/2022 21.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndələri-Nümayəndə2 və Nümayəndə1, Protokol tərtib etmiş şəxs-X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti tərəfindən Şəxs QSC barəsində inzibati xəta haqqında 02 fevral 2022-ci il tarixli, ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs QSC 02.02.2022-ci il tarixində planlı yanğın-texniki müayinə zamanı obyektdə bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olunmuşdur. Buna görə də, Şəxs QSC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, protokol düzgün tərtib edilməmişdir, yanğın təhlükəsizliyinə riayət edilmişdir. Lakin tərtib edilmiş aktda yanğın təhlükəsizliyi qaydalarına riayət edilmədiyi qeyd edilmişdir. Buna görə də iş üzrə icraat xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi Nümayəndə1 da Nümayəndə2 dediklərini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş şəxs X3 tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs QSC 02.02.2022-ci il tarixində planlı yanğın-texniki müayinə zamanı obyektdə bir sıra yanğın təhlükəsizliyi qaydalarının pozulması faktı aşkar olunmuşdur. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Şəxs QSC-də Yanğın Təhlükəsizliyi haqqında Qanunun 1.9-1.9.12-ci bəndi, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi vəzifəsi, YTQ-nin 2.2.17-ci bəndi, ticarət ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazarların, və anbarların bina otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmaması aşkar edilmişdir. İş materiallarında olan 0235 saylı, 02.02.2022-ci il tarixli Yanğın-texniki müayinə aktından görünür ki, Şəxs QSC-də Yanğın Təhlükəsizliyi haqqında Qanunun 1.9-1.9.12-ci bəndi, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsi vəzifəsi, YTQ-nin 2.2.17-ci bəndi, ticarət ictimai iaşə müəssisələrinin, yarmarkaların, bazarların, və anbarların bina otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmaması aşkar edilmişdir. İş materiallarında olan Şəxs QSC-nin baş direktoru X2 tərəfində verilmiş etirazda qeyd edilmişdir ki, Şəxs QSC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, Mərkəzi Plazanın yanında yerlşən mağazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru vəzifəsində işləyən X3 tərəfindən plan üzrə yoxlama keçirilmiş və guya Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi müəyyənləşdirilmiş və 02.02.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq bu barədə MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektorları Rəcəb Salamov və Aydın Əfəndiyev tərəfindən Şəxs QSC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, Mərkəzi Plazanın yanında yerləşən mağazasında 02.02.2022-ci il tarixdə tərtib edilmiş 0235 nömrəli “X4 Aktında” müayinə zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektorları Rəcəb Salamov və Aydın Əfəndiyev tərəfindən Şəxs QSC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, Mərkəzi Plazanın yanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən 02.02.2022-ci il tarixdə ərtib edilmiş 0235 nömrəli “X4 Aktı” və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində Şəxs QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Yalnız Şəxs QSC tərəfindən yoxlama aktının surətinin qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilməməsi barədə yoxlayıcı inspektor Rəcəb Salamova ciddi irad bildirildikdən sonra yoxlama aktının bir nüsxəsi deyil, kserosurəti 15.02.2022-ci il tarixdə poçt rabitəsi vasitəsilə QSC-yə təqdim edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektorları Rəcəb Salamov və Aydın Əfəndiyev tərəfindən Şəxs QSC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, Mərkəzi Plazanın yanında yerləşən mağazasında plan üzrə keçirilən X4 zamanı yanğın təhlükəsizliyi standartlarının, nomalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi üçün inspektor Rəcəb Salamov Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 02.02.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə yoxlama suallarının siyahısının 2 və 6-cı bəndlərində nəzərdə tutulanları protokola daxil etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektorları Rəcəb Salamov və Aydın Əfəndiyev tərəfindən Şəxs QSC-nin Sumqayıt şəhəri, 36-cı məhəllə, Sülh küçəsi, Mərkəzi Plazanın yanında yerləşən mağazasında plan üzrə keçirilən X4nin nəticələrinə əsasən Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə 02.02.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə Azərbaycan Respublikası İXM-Nin 100.1.4, 100.2, 100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin 02 fevral 2022-ci il tarixli, ******* saylı protokolu ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, protokolda hansı hərəkətlə, hansı xətanın törədilməsi göstərilməmiş, hüquqi şəxsin törətdiyi inzibati xəta barədə məlumatlar əks edilməmişdir. Protokolda sadəcə yanğın təhlükəsizliyi qaydalarının bəndləri qeyd edilmiş, həmin bəndlərin hansı qaydada, necə pozulması göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir...” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “..İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Məhkəmə hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmuş, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə əməl edilməmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında işə baxıılarkən müəyyən edilmişdir ki, səlahiyyətli orqan nəzərə almamışdır ki, inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Hüquqi şəxsin təqsirli bilindiyi konkret inzibati xətanı hansı hərəkəti ilə törətməsi, konkret hansı hərəkətə, hansı hala görə barəsində protokol tərtib edilməsi barədə protokolda heç bir məlumat yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, işdə olan bütün şübhələr Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə həll edilməlidir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən həmin məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, işdə olan bütün şübhələr Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə həll edilməlidir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin təqsirliliyi sübuta yetirilmədiyinə görə onun barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti tərəfindən tərtib edilmiş 02 fevral 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-437/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-437/2022
21.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver