Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-439/2024 14.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X1katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Dayaq Qrup MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən qızıl-zinyət əşyalarını və ya onun dəyəri olan 3980 (üç min doqquz yüz səksən) manat pulu ödəməkdən yayınmışdır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 13330 (on üç min üç yüz otuz) manat dəyərində cehiz əmlak, 3980 (üç min doqquz yüz səksən) manat dəyərində qızıl-zinyət əşyalarının və ya onun dəyəri olan məbləğin Şəxs alınaraq Məmmədli (Əsədova) Aytəkin Mikayıl qızına verilməsi qət edilmişdir. İcra sənədi cehiz əmlak hissəsində icra edilmişdir. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Həmin Məhkəmənin 3(060)- 1135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati həbs olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Halhazırda borclu Dayaq Qrup MMC-də mühafizəçi vəzifəsində işləyir və aliment borcu onun əmək haqqısının 70%-nə yönəldilmişdir. İcra sənədinin 3980 (üç min doqquz yüz səksən) manat hissəsində mübahisə vardır. Borclu aliment ödəmədiyi üçün Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, o, sözü gedən qızıl-zinyət əşyalarını "xxxx" ASC-yə girov qoyaraq kredit götürmüş və həmin pulu tələbkara verərək məsuliyyətdən azad olunmuşdur. Borclu əmək haqqısının 342 (üç yüz qırx iki) manatı aliment borcuna tutulur, yerdə qalan 130 (bir yüz otuz) manatını isə "xxxx" ASC-yə kredit ödədiyini bildirmişdir. O, qızıl-zinyət əşyalarının "xxxx" ASC-də girov olduğunu bildirərək icra sənədini icra edə bilmədiyini demişdir. Lakin borcluya icra sənədində ya qızıl-zinyət əşyalarının qaytarılması, ya da onun dəyərinin ödənilməsi yazıldığı izah olunmuşur. Tələbkar borcluya "xxxx" ASC-də olan krediti bağlayıb, onunla borc müqaviləsi bağlamasını və hər ay Banka ödənilən 130 (bir yüz otuz) məblğində pulun ona ödənilməsini təklif etsə də, borclu bu təkliflə razı olmamışdır. Borclu cağırışlara gəlmədiyi üçün barəsində axtarış elan olunmuş və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclu barəsində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 13330 (on üç min üç yüz otuz) manat dəyərində cehiz əmlak, 3980 (üç min doqquz yüz səksən) manat dəyərində qızıl-zinyət əşyalarının və ya onun dəyəri olan məbləğin ondan alınaraq Məmmədli (Əsədova) Aytəkin Mikayıl qızına verilməsi qət edilmişdir. İcra sənədi cehiz əmlak hissəsində icra edilmişdir. Axırıncı dəfə xx.xx.2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1 və 529.2-ci maddələri ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Həmin Məhkəmənin 3(060)-1135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati həbs olunmuş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Hal-hazırda o, Dayaq Qrup MMC-də mühafizəçi vəzifəsində işləyir, aliment borcu onun əmək haqqısının 70%-nə yönəldilmişdir və hər ay onun əmək haqqından 342 (üç yüz qırx iki) manatı aliment borcuna tutulur. O, sözü gedən qızıl-zinyət əşyalarını "xxxx" ASC-yə girov qoyaraq kredit götürmüş və hər ay həmin kreditə görə 130 (bir yüz otuz) manat pul ödəyir. Ona 10 (on) gün möhlət verilməsini və həmin müddət ərzində borcunu ödəyəcəyini bildirdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1135/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati həbs olunmuşdur. Məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq barəsində icra məmurunu, tələbkarı və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-345/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən qızıl-zinyət əşyalarını və ya onun dəyəri olan 3980 (üç min doqquz yüz səksən) manat pulu ödəməkdən yayınmışdır. Borclu barəsində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 01 (bir) il ərzində təkrar icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati cərimə cəzası tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-439/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-439/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver