Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-441/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Məmmədov icraatımda olan Abşeron rayon Yol Patrul xidməti inspektoru X2 04 fevral 2022-ci il tarixli inzibati tənbehvermə haqqında TP ******* saylı qərarından X5 tərəfindən verilən şikayətə baxaraq müəyyən etdim: X1 rayon Yol Patrul xidməti inspektoru X2 04 fevral 2022-ci il tarixli inzibati tənbehvermə haqqında TP ******* saylı qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-441/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadı ilə X5 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəmə icraatına qəbul edilmiş, məhkəmə iclası 18.02.2022-ci il tarixə saat 10:00-a Sumqayıt şəhər Məhkəməsinin binasına təyin edilmişdir. X5 14.02.2022-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək verdiyi şikayətin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X3 ərizəsi nəzərə alınaraq onun Abşeron rayon Yol Patrul xidməti inspektorunun 04 fevral 2022-ci il tarixli inzibati tənbehvermə haqqında TP ******* saylı qərarından verdiyi şikayəti və şikayətə əlavə etdiyi sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və İXM-nin 109, 118, və 132-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Abşeron rayon Yol Patrul xidməti inspektoru X2 04 fevral 2022-ci il tarixli inzibati tənbehvermə haqqında TP ******* saylı qərarından X5 tərəfindən verilən şikayət və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-441/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-441/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver