Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-441/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X3, Tələbkar – Zərərçəkmiş şəxs3, Tələbkar – Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, borclu hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3681/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(060)-4978/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2(0600-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə tələbi, yəni cəmi 41620 manat borcu üzrsüz səbəbdən icra etməmişdir. Bundan başqa borclu Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 19000 manat borcu üzrsüz səbəbdən icra etməmişdir, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclası 17 fevral 2023-cü il tarixə təyin edilmiş, borclu tərəfindən ödəniş edilməsi ilə bağlı məhkəmə iclası 19 fevral 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3681/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 7386 manat ödəniş məbləği, 1190 manat cərimə, 300 manat ekspertiza tədqiqatının dəyəri və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8906 manat pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 9279,07 manat, Şəxs 19000 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 22315,07 manat məbləğində ziyan, 800 manat məbləğində cərimə, ödənilmiş 160 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Borclu icra sənədlərini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Borclunun 59000 manatdan yuxarı borcu vardır. Borclu tələbkar şəxslərə 500 manat ödəniş etmək istədə də tələbkar şəxslər qəbul etməmiş, həmin pul akt tərtib edilərək icra idarəsində saxlanılmışdır. Borclu hazırda borcundan 2000 manat ödəniş etmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs3 bildirdi ki, borcdan bir qismi ödənilmişdir. Lakin qalan borcun da ödənilməsini tələb edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs2 bildirdi ki, borcdan bir qismi ödənilmişdir. Lakin qalan borcun da ödənilməsini tələb edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs2 hissəsində borcu qəbul etmir. Həmin iş üzrə məhkəmə iclasında iştirak etməmişdir. İcra məmurunun bildirişini almış, işçisini icra məmurunun yanına göndərmiş, yay aylarında işi başlayan zaman hissə-hissə ödəniş etməklə bağlı razılaşmaq üçün özü icra məmurunun yanına getmək istəmişdir. Barəsində axtarış elan olunmasından xəbəri olmamış, fevral ayının 16-sı əməliyyatçı ona zəng edərək çağırmış və onu saxlamışdır. Hazırda borcundan 2000 manat ödəniş etmiş, mütəmadi olaraq da ödəniş edəcəkdir. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Müdafiəçi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunu və barəsində protokol tərtib edilmiş şəxsi dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3681/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 7386 manat ödəniş məbləği, 1190 manat cərimə, 300 manat ekspertiza tədqiqatının dəyəri və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8906 manat pul "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4978/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 9279,07 manat, Şəxs 19000 manat tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən 22315,07 manat məbləğində ziyan, 800 manat məbləğində cərimə, ödənilmiş 160 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-53611-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs barəsində Sumqayıt ŞPİ tərəfindən xx.xx.2021-ci il tarixdə açılmış 733027 saylı axtarış işi ərazi aidiyyəti üzrə 4-cü PB-nin icraatındadır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-yə məxsus “X4” ASC-nin “Biznes Mərkəzi” filialında olan hesablarına 25075,52 manat hissəsində pul vəsaitləri üzərinə həbs qoyulması qərar alınmışdır. İş materiallarında olan məxsus “X4” ASC-nin HTİD/5756 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-yə (VÖEN **********) məxsus “X4” ASC-də olan bank hesabları üzərinə 25075,52 (iyirmi beş min yetmiş beş manat, əlli iki qəpik) manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş X12 İdarəsinin 016-302-7286- 1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin adına komputer bazasına əsasən nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6, borclu "xxxx" MMC-nin direktoru Şəxs, tələbkar Zərərçəkmiş şəxs2, tələbkar Zərərçəkmiş şəxs3 hal şahidi X1 və X2 iştirakları və imzaları ilə 17 fevral 2023-cü il tarixli akt tərtib etmişlər, ona görə ki, icra sənədləri üzrə borclu Şəxs üzərində olan 500 manat pul əskinası borclu tərəfindən tələbkarlara təklif olunsa da onlar 500 manatı götürməkdən imtina etmişlər. Ona görə də 500 manat Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsində saxlanca götürülmüşdür. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs icra məmurunun tələblərinə əməl etməməsi və uzun müddət məhkəmə qərarının lazimi qaydada icra edilməməsi Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratmış və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən «Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbini, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən hazırda ödəniş edilməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə qeyd etmişdir ki, «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 10 saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-441/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-441/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver