Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-442/2022 22.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi ilə X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən qəbul edilmiş 28.01.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X1 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən qəbul edilmiş 28.01.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt şəhər Məhkəməsinə 09.02.2022-ci il tarixdə daxil olmuşdur. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, Qartal Tikinti Firmasının sürücüsü vəzifəsində işləyir. Qartal Tikinti Firmasının mülkiyyətində olan ** AD *** dövlət qeydiyyat nişanlı yük maşınını idarə edərkən 28.01.2022-ci il tarixdə saat 08:30-da Novxanı qəsəbəsi, Duz gölünə yaxın yerdə heç ir əsas və səbəb olmadan iki nəfər polis işçisi ona yaxınlaşmış və sənədlərini tələb etmişlər. Onu yolda saxlayan X6 maşınının dövlət nömrə nişanı ** YP *** olmuşdur. Sənədləri yoxlanılan zaman məlum olmuşdur ki, yol vərəqəsi ünvan 1 ünvanında yerləşən avtomobil təsərrüfatında qalmışdır. Bu zaman o xahiş etmişdir ki, icazə versinlər, onun icazə kağızını təcili gətirsinlər və ya nömrələrini təqdim etsinlər ki, yol vərəqəsini alıb şəklini onlara yollasın. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş edir. İş materillarında olan X1 tərəfindən məhkəməyə ünvanlanmış 16.02.2022-ci il tarixli ərizədən görünür ki, o inzibati tənbeh vermə haqqında TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 61.1.1 və 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 118-ci maddəsinə əsasən İnzibati xəta haqqında qərardadda aşağıdakılar göstərilir: 118.1.1. qərardad çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; 118.1.2. ərizənin, vəsatətin, işin materiallarının baxılma tarixi və yeri; 118.1.3. ərizə, vəsatət vermiş və ya işinə baxılan şəxs haqqında məlumat; 118.1.4. ərizənin, vəsatətin məzmunu; 118.1.5. ərizəyə, vəsatətə, işin materiallarına baxılarkən müəyyən edilən hallar; 118.1.6. ərizəyə, vəsatətə, işin materiallarına baxılmasının nəticəsi. 118.2. İnzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır. Eyni zamanda həmin Məcəllənin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümükün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq Məhkəmə hesab edir ki, X2 şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayət ərizəsi baxışdan çıxarılmaqla geri qaytarılsın. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-442/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-442/2022
22.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver