Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-442/2025 18.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlu, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara işin baxılmağa hazırlanması zamanı MÜƏYYƏNETDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 00100-00358/25 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəməyə daxil olmuş iş materiallarında Şəxs MMC-nin ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq Bakı Baş Gömrük İdarəsində **********5789 sorğu nömrəli gömrük bəyənnaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında yerləşən MMC-yə məxsus anbarda gömrük yoxlaması keçirilən zaman 27B0816/27ZB816 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş gömrük təminatının gömrük orqanının xəbəri olmadan pozulduğu aşkar edilmişdir. Məhkəmə hüquqi şəxsin təqsirliliyi barədə məsələyə qiymət vermədən bildirir ki, hazırkı inzibati xəta hadisənin törədilmə yeri Şəxs MMC-nin hüquqi ünvanı deyil, törədilməsi hərəkətlə həyata keçirilən, gömrük təminatının (plomb) qırılaraq yükün boşaldıldığı, yəni anbarın yerləşdiyi Sabunçu rayonu Bəşir Bünyadov 5 ünvanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2021-ci il qərarına əsasən hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir. Müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-442/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-442/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver