Məhkəmə qərarları › İş №3(060)-444/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-444/2022

24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-444/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında 09 fevral 2022-ci il tarixli, 00700-0132/21/1 saylı protokol tərtib edilmişdir ona görə ki, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan Şəxs adına 16.04.2021-ci il tarixdə Bolqarıstan Respublikasında qeydiyyatda olan “Şatori” LTD şirkətindən 99EL232/99ZA735 nömrəli yük nəqliyyat vasitəsinin üzərində daşınan 2006-cı il buraxılışlı, WF0XXXTTFX6R01901 Ban nömrəli, Ford Transit yük markalı MM037TR21 nömrə nişanlı nəqliyyat vasitəsində ümumi gömrük dəyəri 14111,70 manat, 1120 kq çəkisində olan qarışıq mallar daxil olmuşdur. Qeyd olunan yük 21.04.2021-ci il tarixdə idxalatçı tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində **********3696 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 26.04.2021-ci il tarixdə **********3696 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara Xocasən Gömrük Postunda DGK Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin əməkdaşları ilə birgə baxış keçirilmişdir. Baxış nəticəsində **********3696 sorğu nömrəli gömrük bəyannaməsində bəyan olunmayan ümumilikdə 49 qutu dərman vasitəsi, tibbi vasitə, bioloji fəallığa malik qida əlavələri, 1 ədəd nəfəs spidometri, 1 qutu tibbi maska, 1 ədəd şəkər xəstəliyi üçün test aparatı, 1 ədəd elektron termometr aşkar edilərək protokollaşdırılmışdır. Qeyd olunan faktla bağlı Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 00700-0132/21/1 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Nəticədə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş İnzibati xəta törədilmişdir. Bundan əlavə aşkar olunan preparatların tərkibini, istifadəyə yararlığını dövlət qeydiyyatından keçib-keçməməsi, apteklərdə satışına icazə verilib-verilməməsi, icazə verildiyi halda hansı qaydada satılması, həmin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması və istifadəyə yararlı olub-olmaması barədə məlumatların təqdim edilməsi üçün 18.06.2021-ci il tarixdə 1500-013/003-24/000660 saylı məktubla AR Səhiyyə Nazirliyi “X1” MMC-yə müraciət edilmişdir. Səhiyyə Nazirliyi “X1” MMC-nin 05.07.2021-ci il tarixli 04/10491 saylı cavab məktubunda tədqiqata təqdim edilmiş nümunələrdən yalnız birinin dərman vasitəsinə, digərlərinin isə “bioloji fəallığa malik qida əlavələrinə” və tibbi vasitələrə aid olduğu, dərman vasitəsinin isə dövlət reyestrində qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Lakin tərkib və istifadəyə yararlılıqla bağlı heç bir rəy verilməmişdir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 19.02.2022-ci il tarixli vəsatətdən müəyyən olunur ki, həmin dərman vasitələri ona aid deyil. Dərman vasitələrinin xeyli hissəsinin yararlılıq müddəti keçmiş və bu ekspert arayışında da öz əksini tapmış, dərman vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesi üçün Səhiyyə Nazirliyi və digər qurumlardan sənədlərin alınması tələb olunmuşdur. Həmin dərman vasitələri ona aid olmadığı üçün gömrük rəsmiləşdirilməsini həyata keçirə bilməyəcək və buna görə də həmin malların müsadirə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində qeyd edilən inzibati xəta hadisəsini törətmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində izibati tənbeh tətbiq edərkən işin hallarını, inzibati xətanın xarakterini, törədilmə üsulunu və şəraitini nəzərə alır və müsadirə növündə inzibati tənbeh tətbiq etməyi məqsədəuyğun sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128- 130, 505-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ümumi dəyəri 674 manat təşkil edən inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar