Məhkəmə qərarları › İş №3(060)-445/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-445/2023

17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-445/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxs-X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 66, mənzil 42-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 15,02.2023-cü il saat 23 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində X2 məxsus 1 ədəd qoşqu yəhəri oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, o təxminən 5 il 10 aydır ki, narkotik vasitə olan heroin və metamfetamin qəbul edir. Əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixdə saat 23 radələri olardı, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən bir evin yanından keçərkən evin ətrafına məftil setka çəkilmiş bağ sahəsində Şadman markalı avtomaşının qoşqusunun yəhəri adlanan dəmir avadanlıq görüb həmin avadanlığı oğurlamaq qərarına gəlmişdir. Sonra ətrafa baxaraq ətrafda kənar adamların olmadığını görüb bağa yaxın olan küçədə olan olan əl arabasını görmüş və həmin arabanı götürüb bağın yanına gətirmişdir. Sonra bağa daxil olub orada olan həmin dəmir avadanlığı gizli olaraq götürüb bağın kənarına gətirərək əl arabasına yükləyib satmaq məqsədilə oradan uzaqlaşmışdır. Təxminən 200 metr aralanmışdır ki, polis əməkdaşları polis avtomaşını ilə ona yaxınlaşmış, həmin vaxt arxasından bir nəfər yaşlı adam da gəlirdi, ehtimal ki, oöurladığı dəmirin sahibi idi. O polisləri görüb dəmiri və arabanı atıb qaçmışdır. Lakin polislər onu saxlamışlar və oğurladığı dəmiri həmin yaşlı adama təhvil verərək onu 1-ci PB-nə gətirmişlər. 4 azyaşlı uşağı vardır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərəçəkmiş şəxslə barışdığını, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən evinin kənarında olan ətrafı məftil setkalı bağ sahəsində saxladığı Şadman markalı avtomaşınının 1 ədəd 350 manat dəyərində dəmir qoşqu yəhərinin bir nəfər şəxs tərəfindən əl arabasına yükləyib apardığını görmüş, həmin şəxsin arxası ilə getdikdə həmin şəxs PPX-nin polis nəfərləri tərəfindən saxlanılmışdır. Hadisə nəticəsində ona 350 manat dəyərində maddi ziyan vurulmuşdur Şəxs isə ona dəymiş zərəri ödəmişdir, onunla barışmışdır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, barəsində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 16 fevral 2023-cü il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 23:45-də tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 14:00-da azad olunmuşdur. Məhkəmə inzibati xətaya dair materialları araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin Qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəməyə daxil olmuş zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, zərər ödənildiyi üçün o, Şəxs bağışlayır, barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilmişdir, zərər çəkmiş şəxslə barışıq əldə edilmişdir, zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş edir. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar