Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-447/2022 18.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi 5-ci PB-nın inzibati xəta haqqında iş üzrə 19 yanvar 2022-ci il tarixli MN ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş MN ******* saylı, 05 aprel 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın 100,00 (bir yüz) manat məbləğində cərimənin ləğv edilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, 19 yanvar 2021-ci il tarixdə, saat 17:30 radələrində ünvan 1 ünvanında yerləşən Aptekə zəruri dərmanları almaq üçün daxil olmuşdur. Aptekdə olarkən o, tibbi qoruyucu vasitəsi olan tibbi maskadan istifadə etmişdir. Buna aptek işçisi və aptekdə olan digər şəxslər da şahiddir. O, aptekdə verilən dərmanlar ilə maraqlanarkən iki polis əməkdaşı həmin aptekə daxil olmuşdur. Həmin polis əməkdaşları aptekin içində sağa sola baxa baxa ona yaxınlaşdılar. Bu anda polis əməkdaşları ona bildirdilər ki, güya ki o, tibbi maskadan istifadə etməmiş və o, onları görən kimi maska taxmışdır. Daha sonra o, polis əməkdaşlarına bildirmişdir ki, o, öz avtomobilimdən düşüb aptekə daxil olan zaman tibbi maskamı istifadə edərək içəri daxil olmuşdur. Bundan sonra həmin polis əməkdaşları ona bildirdilər ki, ola bilər ki tibbi maskanı taxmışdı amma düzgün formada istifadə olunmamışdır. Belə olan halda o polis əməkdaşlarına demişdir ki, o, tibbi maskanı burun nahiyyəmin üstünü örtəcək qədər, yəni gözünün alt hissəsinə qədər taxmışdır. Belə olan halda onlar sanki onunla prinsipə düşərək, aqressiv şəkildə ondan şəxsiyyət vəsiqəni tələb etdilər. O, isə qanun qarşısın da onlara öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Daha sonra isə polislərdən soruşmuşdur ki, vəsiqəsini nə səbəbə istəmişlər. Onlar isə cavab olaraq bildirmişlər ki, sadəcə elektron qaydada şəxsiyyətini yoxlayıb qaytaracaqlar. Onlar əllərində olan planşet vasitəsi ilə vəsiqəyə baxdılar daha sonra isə özümə qaytarıb sağollaşıb getmişlər. Başqa heç bir söz söhbət olmamışdır. Daha sonra o da lazım olan dərmanları alıb apteki tərk etmişdir. Öz avtomobili ilə evə gedərkən, mobil telefonuna ASAN PAY ödəniş sistemindən SMS gelmişdir. SMS-i açıb oxuyanda ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat məbləöində cərime edilmişdir. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və etirazını bildirmişdir. Polis əməkdaşları onu cərimə etdikləri halda ona heç bir məlumat verilməmişdir. O, pandemiya ilə əlaqədar, mövcud karantin rejimi ilə əlaqədar olaraq qapalı məkanlara daxil olarkən hər zaman fərdi qoruyucu vasitəsi olan tibbi maskadan istifadə etmişdir. Həmin gün yəni 19 yanvar 2022-ci il tarixdə Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən aptekə daxil olarkən də düzgün qaydada tibbi maskadan istifadə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən elektron qaydada tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli, MN ******* saylı protokol ləğv edilməli və həmin protokola əsasən hesablanmış cərimə silinməlidir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 09.02.2022ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 18.02.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi 5-ci PB-nın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi 5-ci PB-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 19 yanvar 2022-ci il tarixdə MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 19 yanvar 2022-ci il tarixdə MN ******* saylı qərar qəbul edilərək X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200,00 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi 5-ci PB-yə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi 5-ci PB X2 İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi 5-ci PB-nın MN ******* №li 19 yanvar 2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi 5-ci PB tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-447/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-447/2022
18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver