Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-447/2025 17.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19865173 nömrəli, xx.xx.2024-cü il tarixli EQ21788971 nömrəli və xx.xx.2025-ci il tarixli EQ25959649 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayətə işə baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19865173 nömrəli, xx.xx.2024-cü il tarixli EQ21788971 nömrəli və xx.xx.2025-ci il tarixli EQ25959649 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, X3 üç ayrı-ayrı inzibati tənbeh vermə haqqında qərardan şikayəti birlikdə vermişdir. Məhkəmə qeyd edir ki, qəbul edilmiş hər bir inzibati tənbeh qərarı üzrə icraat ayrıayrılıqda aparıldığı üçün onlardan məhkəməyə veriləcək şikayət də ayrı-ayrılıqda verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Şərh olunanları və Azərbaycan Respublikası İXM-in 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ19865173 nömrəli, xx.xx.2024-cü il tarixli EQ21788971 nömrəli və xx.xx.2025-ci il tarixli EQ25959649 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından X3 tərəfindən verilmiş şikayət icraata qəbul edilməsin, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati tənbeh tətbiq etmə barədə qərarlardan ayrı-ayrılıqda şikayət etmək hüququnun olması X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-447/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-447/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver