Məhkəmə qərarları › İş №3(060)-449/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-449/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-449/2022 10.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis leytenantı X3, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsindəki fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində 24.12.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsasında 10 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi polis leytenantı X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətnda İXM-nin) 157-ci maddəsi ilə inzibati xəta haqqında MN seryalı ******* №li protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 14.12.2021-ci il tarixdə, saat 10:00-da yaşadıqları Sumqayıt şəhəri, Sumqayıtçay qəsəbəsindəki fərdi evdə aralarında yaranmış münaqişə zamanı arvadı X4 döyərək müxtəlif növ bədən xəsarətləri yetirmişdir. Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 5ci polis bölməsinin sahə rəisi polis leytenantı X9 tətib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsni xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirdi ki, o, 2010-cü ildə Şəxs ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki övladları vardır. 14.12.2021-ci il tarixdə saat 10:00 radələrində yaşadıqları evdə əri Şəxs əl zərbələri ilə üzündən, başından, kürəyindən, təpiklə qarnından və dəmir dabankeşlə sol qol nahiyyəsindən vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda o, şikayətçidir, lakin Şəxs həbs olunmasını istəmir, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 2010-cü ildə X7 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından iki övladları vardır. O, 14.12.2021ci il tarixdə saat 10:00 radələrində yaşadıqları evdə arvadı X7 ilə ailə məişət münasibətləri zəmnində aralarında yaranmış mübahisə zamanı sonuncunun ona kobud cavab verməsinə əsəbləşərək üzündən əl zərbəsi ilə vurmuşdur. Münaqişə vaxtı səs küy olmamış, heç bir qonşu gəlməmiş, dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərarından görünür ki, X2, Şəxs tərəfindən döyülərək xəsarət alması alınmış izahatlar və ekspert rəyi ilə öz təsdiqini tapsa da, möcvud qanunvericiliyə görə Şəxs, X5 yetirmiş olduğu xəsarətlər dərəcəsinə görə cinayət tərkibi yaratmamışdır. Şəxs, X5 yetirmiş olduğu xəsarətlər dərəcəsi təyin edilmədiyindən İXM-nin 157-ci maddəsi ilə döymə hesab edilmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı X6 NK-1/1171 saylı yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 500,00 (beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar