Məhkəmə qərarları › İş №3(060)-45/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-45/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-45/2023 01.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokol daxil olmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Polis İdarəsi 2-ci PBnin xx.xx.2022-ci il tarixli MN ******* saylı icra sənədi üzrə 100 manat cəriməni qanuni əsaslar olmadan 3 ay müddətində ödəməmişdir. 23.01.2-23-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs bildirdi ki, o heç bir yerdə işləmədiyindən ödəniş edə bilmir, imkanı yoxdur, özü də xəstədir. Hissə-hissə ödəniş edə bilər. Amma tərtib edilən protokoldan məlumatı yoxdur, protokolun surətini almamış, protokolu imzalamamışdır. Bunların nəzərə alınmasını xahiş etmiş, cəriməni ödəmək üçün vaxt istəmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsin icra məmuru Orxan Bağırov məhkəmə iclaslarına gəlməmişdir, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını yenidən yoxlamış, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs göstərdiklərini araşdırıb müəyyən etdi ki, daxil olmuş material natamamdır, məhkəmə iclasında bunun aradan qaldırılması mümkün deyildir, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinin dispozisiyasına əsasən Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs adından edilmiş imzalar işdəki digər imzalarla fərql görünürlər, fərqli-fərqli imzalardır. Onları barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin imzalayıb-imzalamaması bəlli deyildir. Həmçinin icra sənədi barədə bildirişin barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs nə vaxt (hansı tarixdə) təqdim edilməsi, ondan nə vaxt (hansı tarixdə) izahat alınması məlum deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokolda atılmış imzaların barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsə aid olub-olmaması bəlli deyildir, imzaların onun tərəfindən ixra edilməsi bilinmir. Protokol və əlavə edilmiş sənədlər məhkəməyə daxil olduqda bu məlum olmamış, yalnız işə baxılanda müəyyən olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, bu mərhələdə protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılması daha məqsədəuyğundur. Çünki işdə olan natamamlığı məhkəmədə aradan qaldırmaq, qanuni və əsaslı qərar qəbul etmək mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-110, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar