Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-450/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1961-ci ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, Döngə 7, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 polis baş serjantı Kənan Əliyev tərəfindən 09.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində AP ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs 09.02.2022-ci il tarixdə saat 10:10 radələrində Sumqayıt şəhər, Sahil küçəsində manevr etdiyi üçün saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu aşkarlandı. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahat verərək bildirdi ki, 09.02.2022-ci il tarixdə saat 10:10 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış, test edilmiş və sərxoş olduğu bildirilmişdir. Lakin o, sərxoş halda olmamışdır və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla tanış edilməmişdir. Bütün bunları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 09.02.2022-ci il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin Şəxs həmin inzibati xəta haqqında protokolla tanış edilməmişdir. Həmçinin əgər Şəxs protokolla tanış etmədən imtina etmişsə bu barədə müəyyən qeyd aparılmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən tərtib edilmiş 09.02.2022-ci il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokol ilə tanış edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 09.02.2022ci il tarixli, AP ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-450/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-450/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver