Məhkəmə qərarları › İş №3(060)-454/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-454/2021

11.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-454/2021 11.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X7 oğlunun iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 oğlunun Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 oğlu Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayətini onunla əsaslandırdı ki, xx.xx.2020-ci il tarixli, 4HEA0ED000300 №-li əmək müqaviləsi ilə Foras Construction” MMC-də tikinti üzrə usta vəzifəsində çalışır. AR Nazirlər ıbinetinin müvafiq qərarına əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar at 00:00-dək bütün ölkə üzrə şərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmişdir. Həmin qərarda göstərilmişdir ki müəyyən edilən siyahı üzrə müvafiq qurumlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda, qərarla müəyyən edilmiş digər təşkilatların və qurumların işçiləri onlar barədə məlumatlar işə götürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yuxarıda qeyd olunan ərazilərdə hərəkət edə bilərlər. MMC-lə bağlanmış əmək müqaviləsi əsasında işəgötürən tərəfindən ölkədə Covid-19 pandemiyası ilə mübarizənin təmin edilməsi istiqamətində infeksiyanm geniş ayılmasının qarşısının alınması üçün tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq ölkə ərazisində hərəkətə məhdudiyyətin qoyulması müddəti ərzində onun adına “icazə.e- gov.az saytında onun icazə portalını yerləşdirilmişdir. Həmin icazə portalında icazənin başlanma tarixi xx.xx.2021-ci il, bitmə tarixi isə xx.xx.2021-ci il tarixləri kimi qeyd edilmişdir. Buna baxmayaraq Sumqayıt Şəhər DYPŞ Polis əməkdaşı tərəfindən xx.xx.2021-ci il tarixli, XP ******* saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən, AR İXM-nin 211.1-ci naddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, santariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verərək inzibati xəta törətdiyi qeyd edilmişdir. Bu protokol əsasında TP ******* saylı, xx.xx.2021-ci il tarixli inizbati tənbeh vermə haqqında qərar qəbul edərək 200 nanat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəhəri, XXPartiya Qur.küçəsi, dal 2, ev 6 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və protest səlahiyyətli orqanın(vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon(şəhər) məhkəməsinə verilir. İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanının(vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə sənədləri araşdıraraq hesab edir ki, X7 oğlunun qeydiyyat ünvanı Füzuli şəhəri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X7 oğlu tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş protokoldan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 qeydiyyat ünvanı Füzuili şəhəri olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X7 oğlu tərəfindən Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət və əlavə olunmuş sənədlərlə birlikdə aidiyyatı üzrə baxılması üçün Füzuli rayon Məhkəməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar