Məhkəmə qərarları › İş №3(060)-454/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-454/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-454/2023 20.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahvedi qızının katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 20 fevral 2023-cü il tarixli, MN № ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26-nın blokunda X2 nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, zərərçəkmiş şəxs onun qardaşıdır. Artıq 5 ildir məhkəmədə əmlak bölgüsü ilə bağlı mübahisələri davam edir. Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26-nın blokunda onun qapsının yanında R.Səmədov tərəfindən şkaf qoyulmuş və paltar asmaq üçün ip asılmışdır. Dəfələrlə ona irad bildirilməsinə baxmayaraq o şkafı götürməmiş və ipi də çıxarmamışdır. İpə paltar asılanda su onların qapısına, oradan keçəndə isə başlarına tökülür. O, bu məsələ ilə bağlı Fövqəladə Hallar İdarəsinə və ərazi üzrə Mənzil İstismar Sahəsinə müraciət etmiş və onları həmin ünvana dəvət etmişdir. Həmin təşkilatların nümayəndələri gələrək ora baxış keçirmişlər və bildirmişlər ki, şkaf ora qeyri-qanuni qoyulmuşdur və götürülməlidir. Həmçinin Mənzil İstismar Sahəsinin əməkdaşı da paltar asmaq üçün ipin ora qanunsuz asıldığını, əgər istəyirsə kəsə biləcəyini demiş və o da ipi kəsmişdir. Bu zaman R.Səmədov bloka çıxmış və ipin kim tərəfindən kəsildiyini soruşduqda ipi onun kəsdiyini bildirmişdir. R.Səmədov ona pozğun olduğunu, qeyri-qanuni uşaq götürüb saxladığını bildirmiş və onu təhqir etmişdir. R.Səmədov uşaqların sirrini yaydığına görə üç dəfə 1500 (bir min beş yüz), 300 (üç yüz) və 50 (əlli) manat məbləğlərində cərimə olunmuşdur. O, onu təhriq etdikdən sonra ona cavab qaytarmışdır. Himayəsində 02 (iki) azyaşlı uşağının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 göstərdi ki, Şəxs dediklərinin yalan olduğunu, həmin gün onu təhqir etmədiyini Şəxs onu təhqir etdiyini bildirdi. O, bloka çıxdıqda Nargilənin ipi kəsdiyini və əlində olan çəkiclə roliki sındırdığını görmüşdür. Bunu gördükdə o DİN-nin 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Bütün olanları telefonla çəkmiş və həmin görüntüləri tə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və fakt üzrə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan video görüntüdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə zərərçəkmiş şəxs X3 arasında mübahisə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs Şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 8B/26-nın blokunda X2 nalayiq ifadələrlə təhqir etmişdir. Onun təqsiri işdə olan sübutlarla təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin ona 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. 02 (iki) ədəd CD disk inzibati xəta haqqında iş üzrə materialda saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar