Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-456/2022 11.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 13.01.2022-ci il tarixində Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 1, mənzil 22-nin çöl hissəsindən kondisionerin 10 metr uzunluğunda mis borusunu oğurlayaraq Abdullayev Nicata 300 manat, 03.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mkr., ev 3/4, mənzil 5 blokun 3-cü mərtəbəsində yerləşən kondisionerin təxminən 15 metr uzunluğunda mis naqillərini oğurlayaraq X4 98 manat məbləğində, 26.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyektdən GREE markalı kondisionerin çölə çıxan borusunu oğurlayaraq X3 100 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, həqiqətən də 13.01.2022-ci il tarixində Sumqayıt şəhər, 10-cu mikrorayon, ev 1, mənzil 22nin çöl hissəsindən kondisionerin 10 metr uzunluğunda mis borusunu oğurlayaraq Abdullayev Nicata 300 manat, 03.02.2022-ci il tarixdə Sumqayıt şəhəri, 12-ci mkr., ev 3/4, mənzil 5 blokun 3-cü mərtəbəsində yerləşən kondisionerin təxminən 15 metr uzunluğunda mis naqillərini oğurlayaraq X4 98 manat məbləğində, 26.12.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən obyektdən GREE markalı kondisionerin çölə çıxan borusunu oğurlayaraq X3 100 manat məbləğində maddi ziyan vurmuşdur. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 04.02.2022-ci il tarixli Teleqramdan müəyyən olunur ki, X5 dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçidir. İş materiallarında olan X1 və X2 ərizələrindən müəyyən olunur ki, onlara dəymiş ziyan ödənilmədiyindən Şəxs şikayətçidirlər. İş materiallarında olan 03.02.2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan müəyyən olunur ki, Şəxs 03.02.2022-ci il tarixdə saat 15:30-da inzibati qaydada tutulmuş, 04.02.2022-ci il tarixdə saat 16:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, proses iştirakçılarının izahatını, vəkilin çıxışını dinləyərək hesab edir ki, inzibati xətanın törədilməsi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 04.02.2022-ci il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs 04.02.2022-ci il tarixli MN ******* saylı, MN ******* saylı və MN ******* saylı protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək hər bir inzibati xətaya görə 27 (iyirmi yeddi) gün inzibati həbs tətbiq edilərək həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Onun 01 (bir) gün tutulduğu müddət təyin edilən cəzadan çıxılaraq qəti olaraq 29 (iyirmi doqquz) gün inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 11 fevral 2022-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-456/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-456/2022
11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver