Məhkəmə qərarları › İş №3(060)-456/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-456/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-456/2023 06.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Məmmədovun sədrliyi, X2 katibliyilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 08 fevral 2023-cü il tarixli, EP № 0002879, 00700-0043/23 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi (bundan sonra Mətndə Sumqayıt BGİ) tərəfindən Abşeron rayonu, Ceyranbatan Ştq, 20 Yanvar küçəsi (Ceyranbatan, ev 22, mənzil 14) ünvanında qeydiyyatda olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 505-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) Çin Xalq Respublikasından 93A61510/93A61610, 65AA249/65AA250 və 79E38310/79E38410 nömrəli nəqliyyat vasitələrinin üzərində olan EİSU 9923987, SLVU ******* və VOLU ******* nömrəli konteynerlərlə idxal etdiyi cəmi 4224 ədəd “pnevmatik rezin sinlər” yükünün **********1389 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların ümumi gömrük dəyərini 57963.20 manat deyil, 45430.80 manat, **********1342 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 53998.80 manat deyil, 43367.00 manat və **********1425 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə 53835,62 manat deyil, 44075,07 manat bəyan etməklə, həmçinin malların çatdırılma şərtini həqiqətə uyqun olmayaraq sənədlərdə “CİF Bəndər Abbas” şərtini qeyd etdirməyə nail olaraq gömrük dəyərini həqiqi daşıma xərcinə uyğun formalaşdırmamış və gömrük rəsmiləşdirməsinin əsası kimi götürülən, məzmununda göstərilənlərin gömrük orqanı tərəfindən malların gömrük ödənişlərinin hesablanmasına əsas verdiyi invoys sənədindən istifadə etməklə, ödənilməli olan 12.234,13 (on iki min iki yüz otuz dörd manat, 13 qəpik) manat gömrük ödənişlərinin ödənilməsindən qəsdən yayınmışdır. Sumqayıt BGİ tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş 08 fevral 2023-cü il tarixli, EP № 0002879, 00700-0043/23 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 mart 2023-cü il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Sumqayıt BGİ-nin nümayəndəsi X3 izahatında göstərdi ki, Şəxs MMC tərəfindən 2022-ci ilin noyabr ayında ölkə ərazisinə üç nəqliyyat vasitəsi üzərindən 4224 ədəd yük və nəqliyyat vasitələri üçün şinlər idxal edilmişdir. İdxal olunan yüklər Gömrük orqanında xx.xx.2022-ci il tarixdə Sumqayıt BGİ-də “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edildiyi, qeyd olunan gömrük bəyannamələri sənəd məmurları tərəfindən emal edilərkən malların gömrük dəyərinin düzgün bəyan edilmədiyi müəyyən edilmişdir. Gömrük dəyərinin düzəliş edilməsi ilə bağlı MMC-yə dərhal bildiriş göndərilmişdir. Bildirişdə beş iş günü ərzində gömrük dəyərində olan uyğunsuzluqların aradan qaldırılması üçün düzəlişlərin edilməsi təklif edilmiş və Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük dəyərinin düzgün bəyan edilməməsinin gömrük ödənişlərinin ödəməkdən yayınma əməlinin inzibati və va cinayət məsuliyyətinə səbəb olacağı bildirilmiş, həmin bildirişlər bəyannaməçi tərəfindən sistem üzərindən qəbul edilmişdir. Həmin bildirişdən yuxarı gömrük organına və ya məhkəmə şikayət edilməməsi hərəkətsizliklə gömrük ödənişlərindən yayınma əməlinin tərkib əlamətlərinin yaratdığına dair məlumat verilmişdir. Bundan əlavə, ona 2022-ci il tarixdə gömrük ödənişlərindən yayınma əməlinə görə Sumgayıt Səhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(060)-2224/2022 saylı qərarı ilə Şəxs MMC-nin İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinməsi bir daha qeyd olunmuşdur. Sumqayıt Səhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(060)-2224/2022 saylı qərarından qörsənir ki, Şəxs MMC gömrük ödənişlərindən yayınma əməli il ərzində təkrar törətmişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmaqla Şəxs MMC barəsində müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 505-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Gömrük dəyərinə düzəliş edilməsi üçün bildirişdən görünür ki, araşdırma nəticəsində Şəxs MMC **********1389, **********1425 və **********1342 sorğu gömrük bəyannamələrində malların gömrük dəyərində uyğunsuzluq aşkar edilməsi qeyd edilmi, uyğunsuzluğun aradan qaldırılması məqsədilə 5 (beş) iş günü ərzində gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və ya bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlərin təqdim edilməsi təklif olunması qeyd olunmuşdur. İş materiallarında olan İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında daxil edilmiş məlumatların çıxarışından görünür ki, nizamnamə kapitalı 10,00 AZN olan Şəxs MMC xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(060)-2224/2022 saylı qərarından qörünür ki, İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs MMC inzibati məsuliyyətdən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri dedikdə Gömrük Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq başa düşülür. Belə ki, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasından 93A61510/93A61610, 65AA249/65AA250 və 79E38310/79E38410 nömrəli nəqliyyat vasitələrinin üzərində olan EİSU9923987, SLVU4531994 və VQLU4910209 nömrəli konteynerlərlə idxal etdiyi cəmi 4224 ədəd “pnevmatik rezin şinlər” yükünün **********1389 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların ümumi gömrük dəyərinin 45.430,80 AZN deyil, 57.963,20 AZN, **********1342 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 43.367,00 AZN deyil, 53.998,80 AZN və **********1425 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə 44.075,07 AZN deyil, 53.835,62 AZN bəyan edildiyi halda büdcə təsnifatına uyqun olaraq ödənilməli olan gömrük ödənişinin hər üç bəyannamə üzrə cəmi məbləği 12.234,13 manat təşkil edir. Beləliklə Şəxs MMC “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilən 4224 ədəd “pnevmatik rezin şinlər” yükünün gömrük dəyərini düzgün bəyan etməyərək az miqdarda 12.234,13 manat ödənilməli olan gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 3(060)-2224/2022 saylı qərarından görsənir ki, Şəxs MMC gömrük ödənişlərindən yayınma əməli il ərzində təkrar törətmişdir. Bununla da Şəxs MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Bu səbəbdən də İXM-nin 505-ci maddəsinin qeydində nəzərdə tutulsa da, şəxsin hazırkı inzibati xətası ilk dəfə olmadığından, gömrük ödənişlərini ödəsə də, bu əmələ görə məsuliyyətdən azad olma üçün əsaslar yoxdur. İXM-nin 505-ci maddəsinə görə Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. İXM-nin 505-ci maddəsinin qeydində əsasən 1. bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan Ştq, 20 Yanvar küçəsi (Ceyranbatan, ev 22, mənzil 14) olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 12.234,13 manat məbləğinin 100 faizi miqdarında, yəni – 12.234,13 (on iki min iki yüz otuz dörd manat, 13 qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar