Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-458/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1 Qərarından şikayət verilən orqan Sumqayıt şəhər Dövlət Yol Polisi X4 Xidməti inspektoru, polis serjantı X2 iştirakları ilə, Sumqayıt Şəhər Dövlət X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Dövlət X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə Yavər Sərdarlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Yavər Sərdarlı şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Yavər Sərdarlı şikayətini onunla əsaslandırmışdır ki, ona məxsus “BMW-320” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt ŞPİ-nin DYPİ-nin inspektorları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 15:00 radələrində Sumqayıt şəhəri, Mərkəz Plazanın qarşısında qanunsuz şəkildə cərimə meydançasına aparılmışdır. Lakin o, həmin tarixdə avtomobili idarə etməmiş və bu barədə sübutları mövcuddur. Qeyd edir ki, qanunvericiliyə zidd olaraq barəsində protokol 6 gün sonra tərtib olunmuşdur. İXM-nin 125-ci və 135-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol hadisənin baş verdiyi an və ya ən qısa müddətdə tərtib edilməlidir. Yuxarıda qeyd olunanların nəzərə alınmasını, inzibati tənbehvermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli protokolun ləğv edilməsini, avtomobilin cərimə meydançasına aparılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Yavər Sərdarlı bildirdi ki, 06 fevral 2025-ci il tarixdə Sülh küçəsi, Mərkəzi Plazanın qarşısında ona məxsus, şəxsi mülkiyyətində olan “BMW-320” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobili park vəziyyətində olarkən, iş yerinde qeydiyyat şöbəsindən onu aşağı çağırmışlar. Təxminən saat 15:00 radələrində avtomobili duracağa təmin edilmişdir. Həmin vaxt 0, 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, hansı pozuntu törətməsi ilə bağlı yol polisi əməkdaşları ona heç bir izah verməmişdir. Yol Polisi əməkdaşları onun iştirakı olmadan qanunun tələblərini pozaraq avtomobildə konstruksiya dəyişiklikləri etməsi ilə bağlı 13 fevral 2025-ci il tarixdə protokol tərtib edilmişdir. Bildirir ki, avtomobili 1 aydır ki, cərimə meydançasındadır. Qeyd edir ki, avotmobilində konstruksiya dəyişikliyini “ESMM Tuning” şirkəti rətəfindən edilmiş, bu barədə sertifikat da almışdır. Odur ki, TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı Vüsal Abbasov bildirdi ki, həqiqətən də yuxarıda qeyd edilən avtomobil onu tərəfindən qayda pozuntusu ilə əlaqədar xx.xx.2025-ci il tarixdə cərimə meydançasına aparılmışdır. Avtomobilin cərimə meydançasına aparılmasına səbəb “BMW-320” minik markalı avtomobilə servis tərəfindən göstəriş olmadan əlavə konstruksiya quraşdırılması olmuşdur. Bildirir ki, bu kimi hallarla yol polisi əməkdaşları teztez qarşılaşırlar. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilin markasına görə əlavə avadanlqıların quraşdırılmasına icazə verilən xüsusi qeyd hissəsində göstərişlər olmalıdır. Əgər əlavə avadanlıqların quraşdırılmasına icazə verilərsə, həmin xüsusi qeyd olan hissə BDYPİ-nin Qeydiyyat-İmtahan Şöbəsinin xüsusi möhürü ilə təsdiq edilir. Yavər Sərdarlı barəsində xx.xx.2025-ci il tarixdə protokol tərtib edilmiş, protokolun gec tərtib olunmasına səbəb sürücü Yavər Sərdarlının nəqliyyat vasitəsinə baxış keçirməyə gəlməməsi olmuşdur. Avtomobil cərimə meydançasına aparılan zaman sürücü onlarla cərimə meydançasına gəlməli, sürücünün iştirakı ilə qeyd edilən əlavə konstruksiya sökülməli idi. Lakin məlumat verilməsinə baxmayaraq sonuncu gəlməmiş, bbu səbəbdən protokol xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Sürücü tərəfindən məhkəmə iclasında təqdim olunmuş sertifikatı əsassız hesab edərək bildirir ki, həmin sertifikat avadanlığı quraşdırmış usta tərərfindən verilə bilər. Həmin avadanlıqlarla bağlı sertifikat “BMW-320” minik markalı nəqliyyat vasitəsinin servis xidmətindən verilməlidir. Protokolu müdafiə edir, qəbul edilmiş prortokolun qüvvədə qalmasını məhkəmədən xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərar qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Yavər Sərdarlının şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-342.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 150 manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, qərar qəbul edilərkən Yavər Sərdarlının şikayətində qeyd etdiyi hallar bir daha araşdırılmalı və obyektiv araşdırma nəticəsində yekun qərar qəbul edilməlidir. Belə ki, qərar qəbul edilərkən distributeri Azərbaycan “ESMM Tuning” olan “X9” adlı avadanlığın həqiqətən də normativ tələbləri pozub-pozmaması araşdırılmamış, sürücünü iştrakı omadan müvafiq qərar qəbul edilmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması və yekun əsaslı qərar qəbul edilməsi məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair Sumqayıt Şəhər Dövlət X7 xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Sumqayıt Şəhər Dövlət X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-458/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-458/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver