Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-46/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1 iştirakı ilə, 25.08.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin tərtib etdiyi 06.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 şikayətlə Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X2 bildirdi ki, ********** nömrəli VÖEN ilə fərdi sahibkarlıqla məşğuldur. Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən "Mərkəz Servis” MMC ilə arasında 40 №-li, 01.05.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən, "xxxx" MMC-yə məxsus 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən 311 nömrəli otaq ona salon məqsədi ilə istifadə olunması üçün icarəyə verilmişdir. Belə ki, icarə götürdüyü otaqda müştərilərə “Herbalife Nutrition”un sağlam qidalanma və sağlam həyat tərzi üçün vitaminlərlə dolu məhsul seçimini təklif etmək, bundan başqa ”G5 vibro massager” cihazının vasitəsi ilə artıq piylərdən azad olmaq və bədən şəkilləndirmə prosedurları ilə xidmət göstərilirdi. Sumqayıt Şəhər polis İdarəsinin 3cü Polis Bölməsinin əməkdaşları tərəfindən onun adına 06.08.2021-ci il tarixli, MN ******* saylı protokol tərtib etmişdir. Həmin protokola əsasən, AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verərək inzibati xəta törətmişdir. Bu protokol əsasında MN ******* saylı, 06.08.2021-ci il tarixli inzbati tənbeh vermə haqqında qərar qəbul edərək 4000 manat məbləğində cərimə olunmuşdur. Halbuki Məcəllədə qeyd olunan qaydaları pozacaq heç bir qeyri-qanuni hərəkət etməmişdir. Əslində o, heç bir inzibati xəta törətməmişdir. Belə ki, ölkədə yaranmış pandemiya ilə əlaqədar olaraq qanunverciliyə uyğun olaraq fəaliyyət göstərməyi ilə bağlı bütün sənədləri qaydasında olmuşdur. Halbuki polis əməkdaşları ona masaj aparatını bəhanə gətirərək bu protokolu tərtib etmişlər. Əslində onların dediyi kimi həmin masaj aparatı ilə bağlı heç bir inzibati xəta törətməmişdir. Aparatla bağlı bütün sənədləri qaydasında olmuş və heç kimə hər hansı bir masaj xidməti göstərilməmişdir. Sonradan elektron hökümət portalında ona həmin cərimə borcu ilə bağlı bildiriş gəlmişdir. Həmçinin həmin bildirişdə COVİD-19 pandemiyası ilə bağlı cərimə olunduğu yazılmışdır. Belə ki, polis əməkdaşları tərəfindən onun karantin rejimini pozaraq hər hansı bir bir qeyri-qanuni hərəkət etməyi ilə bağlı sübut akar etməmişlər. Həmçinin fəaliyyəti ilə də bağlı heç bir qanunsuzluğa yol verilməmişdir. "Mərkəz Servis” MMC-lə arasında bağlanmış icarə müqaviləsi artıq pozulmuşdur. Cərimənin qanunsuz və əsassız olduğunu hesab edir. Bütün bunları nəzərə alaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, həmin müəssisədə işçidir və burada “Herbalife Nutrition”un sağlam qidalanma və sağlam həyat tərzi üçün vitaminlərlə dolu məhsul seçimini təklif etmək, bundan başqa ”G5 vibro massager” cihazının vasitəsi ilə artıq piylərdən azad olmaq və bədən şəkilləndirmə prosedurları ilə xidmət göstərilir. 06.08.2021-ci il tarixdə Sumqayıt Şəhər polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən protokol tərtib edilmişdir. Polis əməkdaşları gələn zaman massaj xidməti göstərilmirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, 06.08.2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarda X1 xüsusi karantin rejimi ilə əlaqədar hansı qaydaların pozulması qeyd edilməmişdir. Bunu təsdiqləyən heç bir mötəbər sübut Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla əlaqədar məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 06.08.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-46/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-46/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver