Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-465/2023 13.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Protokol tərtib etmiş şəxs Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X1 iştrakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin tərtib etdiyi "xxxx" MTK barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən "xxxx" MTK barəsində xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-də keçirilən plan üzrə YTM-də YTQ 01-2001 bənd, 6.1-6.10, 10.1-10.4, 91-S12, 4.1-4.17 bəndlərinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X2 tərtib etdiyi protokola uyğun izahat verərək yoxlama aparılan zaman "xxxx" MTK-nın yerləşdiyi inzibati binanın ümumiyyətlə ilkin yanğın söndürmə avadanlıqları ilə təmin edilmədiyini, elektrik qurğularının normativ qaydada quraşdırılması ilə bağlı sənəd tələb edilsə də bu sənədlərin təqdim edilmədiyini, yanğın xəbərdaredici siqnalların quraşdırılmadığını, həmçinin baş verəcək yanğın hadisəsindən qurtulmaq üçün təxliyə yollarının normalara uyğun olmadığı və qapısı bağlı saxlanıldığını üçün "xxxx" MTK barəsində inzibati xəta haqqında protokol tərtib edildiyini bildirdi. Buna görə də qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MTK-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində Şəxs MTK-nın cari fəaliyyətinin yoxlanılması nəzərdə tutulmuşdur. İş materiallarında olan yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə 0279 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, binanın elektrikqurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismarı barədə sənəd təqdim olunmamış, binalar ilkin yanğın avadanlıqları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmamış, binada yanğın baş verərsə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində işlər görülməmiş, binanın təxliyyə yolları normalara uyğun deyil və təxliyyə qapıları bağlı saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 3 (060)-2196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MTK 22 sentyabr 2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yaz əlli) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MTK tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də "xxxx" MTK Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə "xxxx" MTK-nın məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmamışdır. AR İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi "xxxx" MTK əməlini ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MTK barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən "xxxx" MTK (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-465/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-465/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver