Məhkəmə qərarları › İş №3(060)-465/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-465/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-465/2024 28.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 iştirakları ilə, X2 Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X4 şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il, saat 08:16 radələrində Sumqayıt şəhəri Sülh küçəsi, avtovağzal işıqforunu keçdikdən sonra yol ayrıcında polis maşını saxlatdırmışdır. Polis əməkdaşı ona bildirmişdir ki, təhlükəsizlik kamerasından gələn xəbərə görə siz qanunsuz sərnişin daşıyırsınız. O da avia kassanın yanında avtobus kartı olmayanlar üçün yer ayrılıb deyə bildirmişdir. Hamı elə işləyir və qayıda bunu bilir deyə qeyd etmişdir. Polis əməkdaşı da ona “durcağa gedilməlidir” deyə bildirmişdir. O da cavabında “belə göstəriş olmur” deyə bildirmişdir. Polis əməkdaşı da ona cavabında “gözlə, komandir gəlib özü izah edəcək” deyə bildirmişdir. Komandir gəlib deyir ki ,duracağa gedilməlidir. O da cavabında göstərişin əssasız olduğunu bildirmişdir. Getməyə razı olmadığından polis əməkdaşı ona “ o zaman cəriməni ödəyərsən” deyə bildirmişdir. Sonra polis əməkdaşı da çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra sms gəlib ki, inzibati xətalar məcəlləsinin 327.2-ci maddəsilə cərimə edilmisiniz. O, sərnişinləri normal şəkildə daşımışdır. Üstəlik sərnişinlərin sayları da az olmuşdur. Məhkəmə iclasında X4 verdiyi şikayətlə oxşar məzmunlu izahat verərək bildirdi ki, qərarda onun hansı əsasla cərimə olunduğu göstərilməyib. Polis əməkdaşı da bu barədə ona heç bir məlumat verməyib. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər Polis idarəsi Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 məhkəmə iclasında bildirdi ki, X4 qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olub. Onun lisenziyası yoxdur. Qeyd edilənlərə əsasən X6 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə X2 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qayadaları”nda göstərilmişdir ki, avtomobil nəqliyyatı ilə sərnişin daşımaları müvafiq xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən yerinə yetirilə bilər (4.1.). Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar aşağıdakılara malik olmalıdırlar: avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair müvafiq xüsusi razılığa (lisenziyaya); müvafiq işçi heyətə (sürücülərə, mütəxəssislərə və s.); mülkiyyət, icarə və ya istifadədə olan və müvafiq tələblərə uyğun olan sərnişin avtonəqliyyat vasitəsinə; sərnişin avtonəqliyyat vasitələrinin saxlanması, xidmət göstərilməsi, texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi, reysqabağı texniki müayinə olunması, habelə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsinə şəraiti olan şəxsi və ya icarəyə götürülmüş istehsalat bazasına, yaxud bu xidmətlərin göstərilməsi üçün belə bazası olan fiziki və ya hüquqi şəxslərlə bağlanmış müqaviləyə; müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunması üçün keçirilmiş müsabiqə nəticəsində bağlanılmış müqaviləyə; xarici dövlətin ərazisindən keçmək üçün beynəlxalq marşrutlar üzrə icazəyə (4.2.). Göründüyü kimi X4 hər hansı xüsusi razılıq (lisenziya) olmadan özünə məxsus olan avtobusla sərnişin daşınmasını həyata keçirmiş və bununla da “Sərnişin daşıma qaydaları”nı poznmuş və bununla da İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusuna yol vermişdir. Bu səbəbdən o, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə, yəni 80 manat cərimə edilmişdir. Beləliklə, X2 şikayəti əsassız olduğundan rədd edilməlidir. X1 daşına qaydalarını pozmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, X3 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-in 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar