Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-466/2022 24.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 İTÜİ polis kapitanı Qasımov Elçin tərəfindən 03.02.2022-ci il tarixdə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində AP ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, hüquqi şəxsin mülkiyyətində və ya dövlət qurumunun isifadəsində olan “X2” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməməsinə görə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan SS746960017AZ nömrəli xəbərnamədən müəyyən olunur ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktub 11.10.2021-ci il tarixində təhvil alınmasına baxmayaraq həmin məktubun kim tərəfindən təhvil alınması dəqiqliklə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılmalıdır. Belə ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət X4 tərəfindən "xxxx" MMC-yə göndərilmiş məktubun kimin tərəfindən təhvil alınması dəqiqliklə araşdırılmamışdır. Beləliklə "xxxx" MMC barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.3-cü maddəsinə əsasən sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 03.02.2022ci il tarixli, AP ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis İdarəsi Dövlət X3 geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-466/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-466/2022
24.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver