Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-47/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli 00100-03515/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 özlərini təqsirli bilərək izahatında bildirmişdir ki, Şəxs MMC tekstil istehsal edən fabrikdir. İştifadə olunan iplik Türkiyə Respublikasından gətirilmişdir. Maliyyə problemləri ilə əlaqədar olaraq iplik daşıma və qablaşdırma ləvazimatı gətirə bilməmişlər. Həmin iplik daşıma və qablaşdırma ləvazimatı gətirilməlidir, çünki onlar olmasa dəzgahlar işləyə bilməz. Tərtib olunmuş protokolla razıdırlar, lakin 2 ay müddət müddət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 00100-03515/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəggəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin, öhdəlik mddətinin bitməsinə baxmayarag şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixli **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəggəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların malların müvəggəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində təkrar ixrac edilib-edilməməsini və ya digər gömrük proseduru altında rəsmiləşdirilibrəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəggəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. Lakin, “toxuculug dəzgahları üçün yardımçı gurğular (iplərin daşınması üçün bobinlər)” yükünün müvəqqəti idxal üçün öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 1537 kg çəkidə olan mallar təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, "xxxx" MMC tərəfindən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları pozulmuşdur. - Şəxs MMC-nin nümayəndəsi X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, “Toxuculuq dəzgahları üçün yardımçı qurğular (iplərin daşınması üçün bobinlər)” yükünün müvəqqəti idxal üçün öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 1537 kq çəkidə olan mallar təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 499.1.3-cü maddəsinə əsasən, bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, "xxxx" MMC tərəfindən **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəggəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitmişdir. Lakin, öhdəlik mddətinin bitməsinə baxmayarag şirkət tərəfindən yüklərin digər gömrük proseduru altında rəsmiləşdirilməsinə dair tədbir görülməmişdir. xx.xx.2024-cü il tarixli **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəggəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların malların müvəggəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi gaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində təkrar ixrac edilib-edilməməsini və ya digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləşdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********5251 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəggəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. Lakin, “toxuculug dəzgahları üçün yardımçı gurğular (iplərin daşınması üçün bobinlər)” yükünün müvəqqəti idxal üçün öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 1537 kg çəkidə olan mallar təkrar ixrac edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da, "xxxx" MMC tərəfindən malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları pozulmuşdur. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-47/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-47/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver