Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-470/2023 21.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Qüdrət oğlu icraatımda olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 342.9-cu maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə işin baxılmağa hazırlanması zamanı baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 327.1 və 342.9-cu maddələri ilə AP № ******* saylı, 12 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, sürücü Koroğlu- Sülh küçələrinin kəsişməsində hərəkətdə olan zaman yol nişanlarının tələblərinə riayət etməyərək saxlanılmış, yoxlama zamanı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan sayrışan işıq siqnalları ilə təchiz edilməsi aşkar olunmuşur. İXM-nin 106.0.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib edilməməsini yoxlayır. Həmin Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, təqdim edilmiş materiallar natamam olduğundan inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. İcraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli və maddi sübutların fotoşəkilləri çəkilib və onlar inzibati xəta haqqında iş materialına əlavə edilməlidir. Lakin inzibati xəta haqqında protokolu tərtib edən şəxs tərəfindən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin (sayrışan işıq siqnalları) maddi sübut olaraq fotoşəkilləri çəkilməmiş, inzibati xəta haqqında işə əlavə edilməmiş və qeyd olunan predmetin götürülərək qorunub saxlanılmasının təmin edilməsi barədə akt iş materialına əlavə edilməmişdir. İş materialllarından maddi sübutun harada saxlanılması müəyyən olunmur. Qeyd edilən hallar Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmasını mümkünsüz etdiyindən, hazırkı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmadan onu tərtib edən orqana geri qaytarılmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xətalar haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs barəsində İXM-nin 327.1 və 342.9cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində tərtib olunmuş 12 fevral 2023-cü il tarixli, AP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən oraqna, yəni Sumqayıt şəhər Polis idarəsi Dövlət yol polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-470/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-470/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver