Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-471/2022 25.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X3 iclas katibliyi, Şikayət vermiş şəxs – Rzayeva Nigar Rafiq qızının etibarnamə üzrə nümayəndəsi və vəkili Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin etibarnamə üzrə nümayəndəsi – X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X11 Rafiq qızı tərəfindən verilmiş şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X11 Rafiq qızı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Rzayeva Nigar Rafiq qızının etibarnamə üzrə nümayəndəsi və vəkili X9 şikayəti onunla əsaslandırdı ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin MN ******* saylı 31.01.2022-ci il tarixli İnzibati tənbeh vermə haqqında Qərarı 63 X16 Uşaq Bağçasının müdiri Rzayeva Nigar Rafiq qızı Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsə 02.02.2022-ci il tarixdə rəsmi olaraq təqdim edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs həmin qərarı əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin rəisi Aqşin Əhədov barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Nigar Rzayevanın Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsini əsas gətirərək barədində 1500 manat məbləğində inzibati cərimə tətbiq edərkən ona əsaslandırmışdır ki, Sumqayıt şəhəri 63 X16 Uşaq Bağçasının müdiri N.Rzayeva tərəfindən X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmişdir. Rzayeva Nigar Rafiq qızı barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Belə ki, Günay Veysova barəsində əmək qanunvericiliyinin tələblərinin pozuntusuna yol verilməmişdir. Günay Veysova heç bir üzrlü səbəb olmadan və məlumat vermədən 21.12.2021-ci il tarixdə işə gəlməmişdir. 22.12.2021-ci il tarixdən əmək qabiliyyətinin olmaması vərəqəsini sonradan iş yerinə təqdim etsə də, dekabr ayının 21-i tarixində işə gəlməməsinin üzrlü səbəbini izah edə bilməmişdir. Bundan başqa Günay Veysova barəsində 2021-ci ilin noyabr ayında 1 dəfə, dekabr ayında isə 2 dəfə inzitam tənbehi tətbiq edilmişdir. Bu səbəbdən Rzayeva Nigar Rafiq qızı barəsində tərtib olunmuş MN ******* saylı, 31.01.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi Əhmədov mansur Əhməd oğlu izahatında göstərdi ki, 63 X17 Uşaq Bağçasının müdiri Rzayeva Nigar Rafiq qızı tərəfindən X5 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmşdir. Belə ki, Günay Veysovanın rəsmi olaraq xəstəlik vərəqəsi olmasına baxmayaraq, onun işə üzürsüz səbəbədən gəlməməsi kimi qiymətlədirilmiş və işdə azad edilmişdir. Bununla da Rzayeva Nigar Rafiq qızı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Rzayeva Nigar Rafiq qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 X16 – uşaq bağçasının müdiri N.R.Rzayeva 20.12.2021-ci il tarixli 150 nömrəli əmri ilə bağçasının sanitar dayəsi X6 töhmət vermiş, 24.12.2021-ci il tarixli, 151 nömrəli əmri ilə 24.12.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinin ç bəndinə və 72-ci maddəsinin a bəndinə istinad etməklə X7 işdən azad etmişdir. Əmrə əlavə edilən sənədlərdən görünür ki, X1 və qeyrilərinin imza edərək 2021-ci ilin dekabr ayının 22 və 24-ü tarixdə aktlar tərtib etmişlər onda ötrü ki, 63 saylı uşaq bağçasının sanitar dayəsi X5 2021-ci ilin dekabr ayının 21-23-cü il tarixlərində işə gəlmədiyi və istifadə etdiyi ********** nömrəli telefon nömrəsinə dəfələrlə zəng etmələrinə baxmayaraq sonuncu telefon zənglərinə cavab verməmişdir. 24.12.2021-ci il tarixdə X1, X10 barəsində tədbir görülməsi üçün təqdimatla bağçanın müdiri Rzayeva Nigar Rafiq qızına müraciət etmişdir. İş materiallarına əlavə edilmiş bağça müdiri Rzayeva Nigar Rafiq qızının 2022-ci ili dekabr ayının 22, 23 və 24-ü tarixli məktubdan görünür ki, X6 2 gün ərzində işə gəlməməsinin səbəbləri barədə məlumat verilməsi, əks təqdirdə barəsində tədbir görüləcəyinə dair xəbərdarlıq edilmişdir. Məktublarda fərqli tarix göstərilməsinə baxmayaraq, X5 2 gün ərzində işə gəlməməsi və xəbərdar edilməsi ilə bağlı məzmun eynilik təşkil edir. X6 həmin məktubların çatmasına dair 24.12.2021-ci il tarixli bir xəbərnamə məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi publik hüququ şəxsin ******* saylı “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, X10 22.12.2021-ci il tarixdən 10.01.2022-ci il tarixədək əmək qabiliyyətinin olmaması ilə əlaqədar işdən azad edilir. İşə çıxma vaxtı 11.01.2022-ci il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72 maddəsinin a bəndinə əsasən a özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 X16 – uşaq bağçasının müdiri N.R.Rzayeva 24.12.2021-ci il tarxli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72 maddəsinin a bəndinin tələblərini pozulmaqla qəbul edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən haqlı olaraq Rzayeva Nigar Rafiq qızı barəsində Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Rzayeva Nigar Rafiq qızı tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsi tərəfindən qəbul edilmiş 31 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-471/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-471/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver