Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-472/2022 23.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, xx.xx.1971-ci il tarixində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Asadı Cürəli Ərazi Dairəsində. Asaqı Cürəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 10 fevral 2022-ci il tarixli, 00700-0133/21/1 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 482.1-ci maddəsinə əsasən 10 fevral 2022-ci il tarixli 00700-0133/21/1 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, (VÖEN **********) Şəxs adına 16.04.2021-ci il tarixdə Bolqarıstan Respublikasında qeydiyyatda olan “Satori” LTD şirkətindən 99EL232/99ZA735 nömrəli yük nəqliyyat vasitəsinin üzərində daşınan 2006-cı il buraxılıslı, WDB9066351S284229 Ban nömrəli, “X5 yük” markalı MM039TR21 nömrə nişanlı nəqliyyat vasitəsində ümumi gömrük dəyəri 19720 manat, 1633.8 kq çəkisində olan qarışıq mallar daxil olmuşdur. Qeyd olunan yük 21.04.2021-ci il tarixdə idxalatçı tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində **********3681 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmişdir. 27.04.2021-ci il tarixdə **********3681 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan mallara Xocasən Gömrük Postunda DGK Gömrük Risklərinin İdarəolunması və Audit Bas İdarəsinin əməkdaşları ilə birgə baxış keçirilmişdir. Baxış nəticəsində **********3681 sorğu nömrəli gömrük bəyannaməsində bəyan ümumilikdə 260 qutu, 20 konvalyut-dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri, tibbi ləvazimatlar; 159 ədəd tibbi maska, 4 ədəd elektron təzyiq ölçmək üçün cihaz, 1 ədəd inhalasiya etmək üçün cihaz, 2 ədəd elektron termometr aşkar edilərək protokollaşdırılmışdır. Qeyd olunan faktla bağlı Sumqayıt Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat bölməsində 00700- 0133/21/1 saylı inzibati xəta haqqında is üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 482.1-ci maddəsinə əsasən tərtib edilmiş 10 fevral 2022-ci il tarixli 00700-0133/21/1 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün məhkəməyə göndərilmiş və qeyd olunan material 11.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 23 fevral 2022-ci il tarixə təyin edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs izahatından görünür ki, o, Biləsuvar rayonu, Aşağı Cürəli Ərazi Dairəsi, Aşağı Cürəli kəndində qeydiyyatdadır və faktiki olaraq ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Təxminən 2005-ci ildən Almaniya Federativ Respublikasına gederək oradan minik avtomobillərinin Azərbaycan Respublikasına gətirilməsi ilə məşğul olmağa başlamışdır. 2015-ci ildə devalvasiya olduqdan sonra ölkə ərazisinə minik maşınların idxal edilməsini dayandırılmışdır. 2016-cı ilin sonlarından başlayaraq həm Avropaya miqrasiya eləmiş həmvətənləri Azərbaycandan göndərilən həm də xaricdəki həmvətənləri Azərbaycanda yaşayan qohumları göndərdikləri əl yüklərinin respublikaya gətirilməsi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Buna görə 25.04.2017-ci il tarixdə ********** nömrəli VÖEN açdıraraq fərdi sahibkar kimi qeydiyyata düşmüşdür. Sonuncu dəfə 16.04.2021-ci il tarixdə 99EL232/99ZA735 nömrəli yük nəqliyyat vasitəsinin üzərində daşınan 2008-ci il buraxılışlı, WDB9066351S284229 Ban nömrəli, “X5 YÜK” markalı MM039TR21 nömrə nişanlı nəqliyyat vasitəsində müxtəlif əl yükləri daxil olmuşdur. Qeyd olunan yükləri 21.04.2021-ci il tarixdə **********3681 nömrəli gömrük bəyannaməsi ilə Sərbəst dövriyyə üşün buraxılış gömrük prosedurunda bəyan etməmişdir. Daha sonra 27.04.2021-ci il tarixdə qeyd olunan yükə Xocasən Gömrük Postunda baxış keçirilmişdir. Baxış nəticəsində gömrük orqanına bəyan olunmayan müxtəlif markalı dərman vasitələri, tibb maskalar, elektron təzyiq ölçmək üçün cihaz, inhalasiya aparatı və elektron termometr aşkar edilərək protokollaşdırılmışdır. Ona bildirildi ki, gömrük orqanına bəyan olunmayan mallarla müvafiq araşdırma aparılacağı üçün mallar və nəqliyyat vasitəsi Terminalda gömrük nəzarəti altında saxlanılacaqdır. İş materiallarına əlavə edilmiş 25.01.2021-ci il tarixli Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında rotokoldan görünür ki, Gömrük bəyannaməsi üzrə elektron çıxarışa baxış zamanı müəyyən olundu ki, **********3681 sorğu nömrəli gömrük bəyannaməsi X3 tərəfindən 21.04.2021-ci il tarixdə rəsmiləşdirilmək üçün göndərilmişdir. Sistemdə avtomatik olaraq gömrük əməkdaşı Ramin Məmmədov icraçı təyin olunmuşdur. 21.05.2021-ci il tarixdə **********3681 sorğu nömrəli gömrük bəyannaməsi Ramin Məmmədov tərəfindən Deklaranta geri qaytarılmışdır. 25.05.2021-ci il tarixdə saat 10:10-da Nazim Həsənov **********3681 saylı bəyannaməni rəsmiləşdirilmək üçün göndərmişdir. Həmin gün saat 12:18-də **********3681 saylı bəyannamə Ramin Məmmədov tərəfindən yenidən Deklaranta geri qaytarılmışdır. 25.05.2021-ci il tarixdə saat 15:07-də Nazim Həsənov **********3681 saylı bəyannaməni yenidən rəsmiləşdirilmək üçün göndərmişdir. 25.05.2021-ci il, saat 16:13-də **********3681 sorğu nömrəli gömrük bəyannaməsi gömrük əməkdaşı Ramin Məmmədov tərəfindən təsdiq olunmuşdur. 25.05.2021-ci il tarixdə saat 16:38-də Mirzə Sadıqov tərəfindən Əziz Süleymanov icraçı təyin edilmişdir. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” MMCyə ünvanlanmış aşkar olunan preparatların tərkibini, istifadəyə yararlılığım dövlət qeydiyyatından kecib-keçməməsi, apteklərdə satışına icazə verilib-verilməməsi, icazə verildiyi halda hansı qaydada satılması, həmin dərman vasitələrinin keyfiyyətinin yoxlanılması və istifadəyə yararlı olub olmaması barədə məlumatların təqdim edilməsi üçün 19.06.2021-ci il tarixdə 1500-013/003-24/000680 saylı məktubda qeyd olunmuşdur ki, Səhiyyə Nazirliyi “X2” MMC-nin 05.07.2021-ci il tarixli 04/10490 saylı cavab məktubunda tədqiqata təqdim edilən nümunələrdən yalnız 35(otuz beşinin) dərman vasitəsi, 42(qırx ikisinin) “Bioloji fəallıqa malik qida əlavə”si, 2 (ikisinin) isə tibbi vasitələrə aid olduğu, dərman vasitəsinin dövlət reyestrində qeydiyyatdan keçmədiyi qeyd edilmişdir. Lakin tərkib və istifadəyə yararlılıqla bağlı hec bir rəy verilməmişdir. İş materialına əlavə edilmiş 22.06.2021-ci il tarixdə 1500-013/002-24/000698 saylı məktubdan görünür ki, araşdırma ilə əlaqədar bəyan olunmayan malların dəyərini müəyyən etmək məqsədilə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş və cavab olaraq iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən cavab gec gəldiyindən, icraatı başa çatdırmaq mümkün olmadığı üçün əlavə müddət tələb olunmuş və icraat müddəti qaldırılmış vəsatət əsasında qərar verilərək 17 avqust 2021-ci il tarixinədək uzadılmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.08.2021-ci il tarixli 9/4338 saylı Ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş malların ümumilikdə orta qiymətinin təxminən 4668,50 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materialından görünür ki, bəyan olunmayan dərman vasitələri, bioloji fəallığa malik qida əlavələrinin və tibbi vasitələrin fiziki-kimyəvi ekspertizasının aparılması məqsədilə 09.07.2021-ci il tarixdə 1500-013/002-24/000744 saylı məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.07.2021-ci il tarixli 6/2799 saylı Ekspert rəyində ekspertiza tədqiqatına təqdim edilmiş preparatların 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin habelə Azərbaycan Respublikasınınərazisində idxalına-ixracına tranzit nəal edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları” na və “Güclü təsir edən maddələr və onların külli miqdarının habelə zəhərli maddələrin siyahıları”na daxil olmadığı qeyd edilmişdir. Şəxs tərəfindən 21.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuş vəsatətdən görünür ki, o, inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir Bələ ki, **********3681 sorğu nömrəli gömrük bəyannaməsində bəyan ümumilikdə 260 qutu, 20 konvalyut-dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri, tibbi ləvazimatlar; 159 ədəd tibbi maska, 4 ədəd elektron təzyiq ölçmək üçün cihaz, 1 ədəd inhalasiya etmək üçün cihaz, 2 ədəd elektron termometr mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən bəyan edilməmişdir. Bu səbəblə də inzibati xətanın bilavasitə obyekti olan mallar, yəni 260 qutu, 20 konvalyut-dərman vasitələri, bioloji fəallığa malik qida əlavələri, tibbi ləvazimatlar; 159 ədəd tibbi maska, 4 ədəd elektron təzyiq ölçmək üçün cihaz, 1 ədəd inhalasiya etmək üçün cihaz, 2 ədəd elektron termometr müsadirə edilsin. İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs tərəfindən inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməklə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-472/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-472/2022
23.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver