Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-472/2024 20.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, X7 katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 qarşı dələduzluq edərək onun 215 (iki yüz on beş) manat pulunu mənimsəmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin sahə rəisi, polis leytenantı X6 bildirdi ki, ünvan 2 ünvanında yaşayan X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-yə müraciət edərək bildirmişdir ki, facebook sosial şəbəkəsində tanış olduğu özünü Arzu Həsənəliyeva kimi təqdim edib ona 050 *** ** ** mobil nömrəsinin votsapı ilə yazan şəxs Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixə övladı üçün “imnoqlobin” iynəsini alıb gətirməsini vəd vermiş, bu məqsədlə həmin şəxsin votsapla göndərdiyi 5411 2498 0222 2823 nömrəli Leobank kartına xx.xx.2024-cü il tarixdə 215 (iki yüz on beş) manat pul göndərmiş, lakin həmin şəxs vədinə əməl etməyib göstərilən tarixdə iynəni alıb gətirməmiş, edilən zənglərə cavab verməyərək ona qarşı dələduzluq etməklə 215 (iki yüz on beş) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Araşdırma zamanı dələduzluq əməlini törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək öz ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə bir nəfər qadının facebook sosial şəbəkəsində Türkiyə Respublikasından “imnoqlobin” iynəsi alıb təcili çatdırmaq barədə paylaşımını görmüş, bu səbəbdən də özünün “Arzu Hüseynəliyeva” adlı profil hesabından həmin xanıma yazıb ona bir nəfər tanış vasitəsi ilə həmin iynəni Türkiyə Respublikasından alıb xx.xx.2024-cü il tarixdə çatdıra biləcəyini demişdir. Yazışma zamanı ona bildirdib ki, həmin iynənin Türkiyə Respublikasından alınıb çatdırılması üçün 215 (iki yüz on beş) manat pul lazımdır. Buna görə xanıma ödənişi etməsi üçün votsap vasitəsi ilə anasının adına olan 5411 2498 0222 2823 nömrəli Leobank kartını göndərmiş, həmin xanım da kart hesabına 215 (iki yüz on beş) manat pulu göndərmiş, bundan sonra o, anası Validənin mobil telefonunu götürüb orada mobil tətbiq vasitəsi ilə həmin 215 (iki yüz on beş) manat pulu özünə məxsus olan 4098 5844 9250 8948 nömrəli Leobank kartına köçürmüşdür. Pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, facebook sosial şəbəkəsində tanış olduğu özünü Arzu Həsənəliyeva kimi təqdim edib ona 050 *** ** ** mobil nömrəsinin votsapı ilə yazan şəxs Türkiyə Respublikasından xx.xx.2024-cü il tarixə övladı üçün “imnoqlobin” iynəsini alıb gətirməsini vəd vermiş, bu məqsədlə həmin şəxsin votsapla göndərdiyi 5411 2498 0222 2823 nömrəli Leobank kartına xx.xx.2024-cü il tarixdə 215 (iki yüz on beş) manat pul göndərmiş, lakin həmin şəxs vədinə əməl etməyib göstərilən tarixdə iynəni alıb gətirməmiş, edilən zənglərə cavab verməyərək ona qarşı dələduzluq etməklə 215 (iki yüz on beş) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Araşdırma zamanı dələduzluq əməlini törədən şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Hal-hazırda Şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılmasının rədd edilmiş və faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyəti xidmət sahəsinə göndərilmişdir. İş materallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Şəxs ona dəyən maddi ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 17:00 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində azad edilmişdir. Şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi və törətdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngünləşdirilən hallar kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək, Şəxs tərəfindən zərərçəkmiş şəxs X2 dəymiş zərərin ödənilməsini, onunla barışdığını və əməlindən səmimi peşmançılığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-472/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-472/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver