Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-473/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt Su Kanal İdarəsinin nümayəndəsi X2 iştirakları, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 06.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixdək olan müddət ərzində X1 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd su sayğacını, 10.01.2021-ci il tarixdən 26.01.2021-ci il tarixə olan müddət ərzində X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 23.01.2021-ci il tarixdə X6 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 26.01.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd dəyəri 88.58 manat dəyərində olan su sayğacını,13.12.2020-ci il tarixdə X9 məxsus dəyəri 50 manat olan “Mak-Terim” markalı kombi aparatını,12.12.2020-ci il tarixdə saat 17:00 radələrindən 14.12.2020-ci il tarixdə saat 06:30 radələrinə qədər olan vaxt ərzində X8 yaşadığı evin qarşısında saxladığı **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobusun yan pəncərəsininin şüşəsini açaraq ümumi dəyəri 50 manat olan pulu, 25.01.2021-ci il tarixdə X5 yaşadığı ünvanın həyətindən 90 manat dəyərində olan su sayğaçı, su motoru, su qzıdırıcısı, dəmir məlumatlarını oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN-nin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-dən X7 barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-472/2021, 3(060)-473/2021, 3(060)-474/2021, 3(060)- 475/2021, 3(060)-476/2021 və 3(060)-477/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)- 478/2021 nömrə ilə birləşdirilməlidir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı həll etdiyim məsələlərə görə: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir; işin icraatını rədd edən hallar mövcud deyil; inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır; iş üzrə vəsatətlər və etiraz etmə yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci, 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında işin baxılması Sumqayıt şəhər Məhkəməsinin binasına 04 fevral 2021-ci il tarixə, saat 16:50-yə təyin edilsin. İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının işin baxılmasında iştirakı təmin edilsin. X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-472/2021, 3(060)-473/2021, 3(060)-474/2021, 3(060)-475/2021, 3(060)-476/2021 və 3(060)-477/2021 nömrəli işlər bir icraatda, yəni 3(060)-478/2021 nömrə ilə birləşdirilsin. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-473/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-473/2021
04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver