Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-474/2024 04.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında icraatı başlamış Sumqayıt şəhər prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X1 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Sumqayıt şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi başlanmış inzibati xətaya dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt Şəhər Prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qərarda göstərilmişdir ki, vəzifəli şəxs Şəxs (VÖEN: **********) “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”nın 1.4 bəndinin və “Yanğın təhlükəsizliyi” 12.1.004-91 DÜST-ün (Dövlət Standartı) 2.1 bəndinin tələbləri Aytac Nizam qızını müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsullarının öyrədilməsi üzrə təlimatlandırmadan, Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən «Star Pub» adlı iaşə obyektində işlərin görülməsinə cəlb edildiyinə görə həmin müəssisədə işləyən XXX Aytac Nizam qızının xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində “Star Pub” adlı iaşə obyektində işdə olarkən “fri” aparatının cərəyana qoşulu qalması nəticəsində alovlanmasını görüb söndürmək istəyərkən yüksək hərarətin (alovun) təsiri nəticəsində sol bazunun, sol əlin, sağ bazunun, döş qəfəsinin arxa səthinin, kürəyin, üzün və əlin termiki yanığı kimi sağlamlığa yüngül zərər vuran xəsarət almış, yəni əməyin mühafizəsi üzrə nəzəri bilikləri yoxlanılmadan və ilkin təlimatlandırma aparılmadan, işlərin yerinə yetirilməsinə cəlb edilmə nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurulmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorunun nümayəndəsi, prokurorun köməkçisi X2 qərarın dəlillərini müdafiə edərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış 728-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması və məlumat üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin eksperti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Aytac Nizam qızının bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun, əlin, sağ bazunun, döş qəfəsinin arxa səthinin, kürəyin,üzün və əlin termiki yanığı. Qeyd olunan xəsarətlər yüksək hərarətin (alovun) təsirindən baş vermişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə firi aparatının cərəyana qoşulması nəticəsində alovlanmasından baş verə bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/193 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar «Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları»nın (YTQ №01-2001) 1.4 bəndinin və«Yanğın təhlükəsizliyi» 12.1.004-91 DÜSTün (Dövlət Standartı) 2.1 bəndinin tələbləri pozulmuşdur. «Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları»nın (YTQ №01-2001) 1.4 bəndinin və«Yanğın təhlükəsizliyi» 12.1.004-91 DÜST-ün (Dövlət Standartı) 2.1 bəndinin tələbləri Aytac Nizam qızını müəyyən edilmiş qaydada baş vermiş mümkün yanğınlar barəsində xəbər verilməsi və söndürülməsi üsullarının öyrədilməsi üzrə təlimatlandırmadan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən «Star Pub» adlı iaşə obyektində işlərin görülməsinə cəlb etmiş şəxs(lər) tərəfindən pozulmuşdur. Konkret səxs(lər) istintaq tərəfindən araşdırılmalarla müəyyən edilə bilər. Eyni zamanda ilkin araşdırma zamanı izahatı alınmış Şəxs izahatında göstərmişdir ki, Aytac Nizam qızını təxminən iki aydır ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsində 5-ci mikrorayon ərazisində yerləşən “Star Pub” çay evini icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə o, Aytaca zəng edib çay evini icarə olaraq götürdüyünü və Aytacın da orada ofisiant kimi işləyə biləcəyini deyib sonuncunu obyektə dəvət etmişdir. Həmin günü təxminən saat 17 radələrində Aytac çay evinə gəlmiş və obyektlə tanış olduqdan sonra obyektin ilk iş günü olduğu üçün onun xahişini nəzərə alıb təmizlik işlərinə başlamışdır. Aytac gecə saatlarınadək həmin çay evində işlədikdən sonra təxminən saat 01 radələrində mətbəxdə “fri” hazırlamaq üçün “fri” aparatını cərəyana qoşmuş, sonradan başı işə qarışdığı üçün “fri”aparatı uzun müddət cərəyana qoşulu qalması səbəbindən alovlanmağa başlamışdır. Həmin vaxt o, çay evinin kabinetində olduğu zaman yanğın iyini duyub dərhal mətbəxə gəlmiş və firi aparatının alovdandığını görmüşdür. Həmin vaxt Aytac firi aparatının naqilini cərəyan yuvasından dartıb çıxartmış və alovun qarşısını almaq üçün yerdə qabın içində olan suyu aparatın üstünə tökmüşdür. Bu vaxt aparatın içərisində yağ olduğu üçün alov daha da güclənmiş və bir anın içində mətbəx qara tüstüyə bürünmüşdür. O, dərhal öz gödəkçəsini əynindən çıxardıb “fri”aparatını söndürmüş və Aytacı mətbəxdən və çay evindən çölə çıxarmışdır. Həmin vaxt Aytacın qollarının yandığını görüb ətrafa yığılan tanımadığı şəxslərdən Aytacı xəstəxanaya aparmalarını xahiş etmişdir. Bundan sonra o, çay evinin mətbəxini tam sönürdükdən sonra FHN-nə zəng edib bu barədə məlumat vermiş, təxminən 5 dəqiqədən sonra FHN-nin əməkdaşları həmin yerə gəlib mətbəxə baxdıqdan sonra ciddi bir yanğın hadisəsinin baş vermədiyini söyləyib getmişlər. İlkin araşdırma zamanı izahatı alınmış XXX Aytac Nizam qızı izahatında göstərmişdir ki, Sumqayıt şəhəri ərazisində müxtəlif kafelərdə və çay evlərində ofisiant kimi işləmişdir. Əhməd adlı şəxsi təxminən iki aydır ki, tanıyır. xx.xx.2023-cü il tarixdə Əhməd ona zəng edib yeni icarəyə götürdüyü Sumqayıt şəhəri, 5-ci mikrorayonda yerləşən «Star Pub»çay evində işləmək üçün dəvət etmiş və çay evini yeni icarəyə götürdüyüüçün çay evində təmizlik işləri aparmaq üçün kömək göstərməyini ondan xahiş etmişdir. O, Əhmədə etiraz etməyib həmin günü, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində«Star Pub»çay evinə getmişdir. Həmin vaxt Əhməd özü də orada olmuşdur. O, çay evində təmizlik işlərinə başlamış və gecə saatlarınadək təmizlik işləri görmüşdür. Təxminən saat 00:20 radələrində o, çay evinin mətbəxində təmizlik işləri gördüyü zaman, masanın üzərində olan “fri” aparatından tüstü çıxdığını görmüş, həmin vaxt fıri aparatının elektrik cəryanında qoşulu halda olduğunu və aparatın yandığını görüb dərhal aparatı cərəyandan ayırmış, aparatın dəmirini götürüb suyun altına qoymuşdur. Həmin vaxt aparatın özünün iç hissəsinin yandığını və alov qalxdığını görmüşdür. Bu zaman yerdə olan plastmas vedrənin içində olan suyu aparatın üzərinə tökmüş, həmin an aparatdan yüksək alov qalxmış və mətbəx alovlanmışdır. Alov onun bel nahiyəsini, hər iki qolunu, əllərinin üst hissəsini, saçını yandırmışdır. O, alovun təsirindən yerə yıxılmışdır. Həmin vaxt Əhməd alovu görüb çay evini tərk edib çölə çıxmışdır. O, sürünə- sürünə mətbəxdən çıxıb çay evinin çıxış qapısında Əhmədin onun əlindən tutub onu çölə çıxartdığını görmüşdür. Həmin vaxt bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldığından Əhmədin dostları onu “Travmotalogiya” xəstəxanasına aparmışlar, Orada həkim ona baxdıqdan sonra dərman təyin etmiş və evə buraxılmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmişdir. Belə ki, məhkəmə İXM-in 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İXM-in 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №3(060)-474/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-474/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver