Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-476/2023 11.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 16 fevral 2023-cü il tarixli, EP seriyalı ******* nömrəli protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ''Meligro Dizayn'' Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) – (bundan sonra mətndə ''Meligro Dizayn'' MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC 18689.52 ABŞ dolları məbləğində vəsait 03 fevral 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 18689.52 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2023-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs MMC ilə Hindistanın “X6 and İnterios” şirkəti arasında bağlanmış 01/21/07 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “X6 and İnterios” şirkətinə köçürülən 18689.52 ABŞ dolları məbləğində alınan mallar 24 iyun 2021-ci il tarixdə ölkəyə idxal olunmasına və bu barədə banka məlumat verilməsinə baxmayaraq bankın məlumat bazasında qeydiyyat aparılmamış, lakin müqaviləyə əsasən sifariş verilən mallar tam həcmdə ölkəyə gətirilmişdir. Bu barədə sənədləri məhkəməyə təqdim etmişdir. Bu fakt **********4493 saylı Gömrük bəyannaməsi ilə də təsdiq olunur. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xarici valyutada köçürmə orderindən görünür ki, 01/21/07 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 18689.52 ABŞ dolları məbləğində pul Şəxs MMC tərəfindən “X6 and İnterios” şirkətinə köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC tərəfindən Mərkəzi Banka ünvanlanmış 1-24 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində Hindistanın “X6 and İnterios” firmasının hesabına 18689.52 dollar köçürmə etmişlər. Həmin mal da respublika ərazisinə xx.xx.2021-ci il tarixdə daxil olmuşdur. **********4493 nömrəli YGB-nin köçürməyə aid olub-olmaması barədə verilməsi üçün banka müraciət edilmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən "xxxx" ASC-nin elektron poçt ünvanına gömrük bəyannaməsi və məlumat göndərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********4493 saylı Gömrük bəyannaməsindən görünür ki, 01/21/07 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə köçürülən 18689.52 ABŞ dolları məbləğindən 18700 dollar məbləğində vəsaitin hesabına alınan mallar Azərbaycan Respublikasına tam həcmdə idxal olunmuşdur. 10.48 ABŞ dolları qalıq qalmışdır. Gömrük bəyannaməsində qeyd "xxxx" ASC-nin 06 yanvar 2023-cü il tarixli möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ölkənin tədiyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması məqsədi ilə ölkədə maliyyə sabitliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərdən biri kimi X7 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə Qaydalar qəbul edilmiş və həmin Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki iş materiallarından da göründüyü kimi Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: AZ5000, ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-476/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-476/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver