Məhkəmə qərarları › İş №3(060)-476/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-476/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-476/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati xəta haqqında 13 fevral 2024-cü il tarixli, EP seriyalı ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs (VÖEN **********) – (bundan sonra mətndə Şəxs MMC) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC (VÖEN **********) 300000.00 ABŞ dolları məbləğində vəsaiti 25 yanvar 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də 256793.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edilən 13 fevral 2024-cü il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sumqayıt şəhər Məhkəməyə göndərilmiş, xx.xx.2024-cü il tarixdə Məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin direktoru Nümayəndə bildirmişdir ki, Transservis-V MMC-nin adına gələn mallar gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş, 300000 ABŞ dolları məbləğində vəsaitin 277768 dollar məbləğində mallar idxal olunmuşdur. Lakin bəyannamələrdə müqavilənin nömrəsi yalnış qeyd edilmişdir. Bununla bağlı banka müraciət etmiş, orada aydınlaşdıra bilməmiş, Gömrük İdarəsinə anlaşılmazlığın aradan qaldırılması üçün rəsmi məktub ünvanlamış, lakin cavab ala bilməmişdir. Həmin gömrük bəyannamələrini və məktubları məhkəməyə təqdim edir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən AR Mərkəzi Bankına ünvanlanmış 00020 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-ci bəndinə əsasən "X4 Azərbaycan” QSC vasitəsilə qabaqcadan ödəniş həyata keçirmiş və iki il müddəti başa çatdıqdan sonra malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməyən 25-xx.xx.2022-ci il tarixli avans köçürmələri barədə məlumatı aidiyyəti üzrə Mərkəzi Banka təqdim etmişlər. Həmin sənədləri təqdim etməyən bankların siyahısında Şəxs MMC-nin adı vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “vergi ödəyiciləri barədə məlumatın verilməsi” çıxarışından görünür ki, Şəxs MMC (VÖEN **********) 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, **********3548 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Caspian Broker MMC ilə bağlanmış TS/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Çin Xalq Respublikasından 41B41710/41B41810 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, **********8458 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Caspian Broker MMC ilə bağlanmış TS/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Çin Xalq Respublikasından 63D93910/63D94010 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, **********2089 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına X3 MMC ilə bağlanmış BCW-44/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 45AA941/45AA942 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, **********3012 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Caspian Broker MMC ilə bağlanmış TS/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Çin Xalq Respublikasından 58AA237/58AA238 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş xx.xx.2022ci il tarixli, **********0847 nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Caspian Broker MMC ilə bağlanmış TS/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Çin Xalq Respublikasından 20AB651/20AB652 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yük daxil olmuşdur. İş materiallarında olan Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs adına yük maşınları ilə gələn mallar **********0847, **********3012 nömrəli bəyannamələr ilə rəsmiləşdirilib. Rəsmiləşdirmə zamanı müqavilə nömrəsi TN 01-22, tarixi xx.xx.2022(2********) yazılması əvəzinə yalnışlıqla müqavilə nömrəsi TS16/2022, tarixi xx.xx.2022(2********) qeyd edilmişdir. Bu yalnışlığı nəzərə alıb onlara köməklik göstərilməsini xahiş edirlər. İş materiallarında olan Şəxs MMC-nin direktoru Nümayəndə tərəfindən Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “TRANSSERVİS-V" Məhdud Məsuliyyətli Cəmiyyəti adına yük maşınları ilə gələn mallar **********2089, **********8458, **********3548 nömrəli bəyannamələr ilə rəsmiləşdirilib. Rəsmiləşdirmə zamanı müqavilə nömrəsi TN/01-22, tarixi xx.xx.2022(2********) yazılması əvəzinə yalnışlıqla müqavilə nömrəsi TS16/2022, tarixi xx.xx.2022(2********) qeyd edilmişdir və ödəniş şərti 100 əvəzinə 120 qeyd olunub. Bu yalnışlığı nəzərə alıb onlara köməklik göstərilməsini xahiş edirlər. Məhkəmə Şəxs MMC-nin direktoru tərəfindən təqdim edilmiş bəyannamələrlə bağlı qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC ilə Novatec HK CO., LTD arasında bağlanmış TN/01-22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə üzrə köçürülmüş pul vəsaiti məbləğində mallar ölkəyə idxal olunmalıdır, lakin təqdim edilmiş bəyannamələrdə fərqli müqavilə üzrə malların ölkəyə idxal olunduğu görünür, bir qismində isə sözügedən müqavilə üzrə mallar idxal olmuş və bu hal Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi tərəfindən inzibati protokol tərtib edilərkən nəzərə alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC (VÖEN **********) barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: AZ 5022, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28A, mənzil 29-da olan Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın obyekti olmuş 256793.00 (iki yüz əlli altı min yeddi yüz doxsan üç) ABŞ dolları pul vəsaitinin 20 (iyirmi) faizi məbləğində, yəni 51358,6 (əlli bir min üç yüz əlli səkkiz tam altı) ABŞ dolları məbləğində (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar