Məhkəmə qərarları › İş №3(060)-478/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-478/2021

04.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-478/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt Su Kanal İdarəsinin nümayəndəsi X2 iştirakları, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 06.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixdək olan müddət ərzində X1 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd su sayğacını, 10.01.2021-ci il tarixdən 26.01.2021-ci il tarixə olan müddət ərzində X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 23.01.2021-ci il tarixdə X6 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 26.01.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd dəyəri 88.58 manat dəyərində olan su sayğacını,13.12.2020-ci il tarixdə X9 məxsus dəyəri 50 manat olan “Mak-Terim” markalı kombi aparatını,12.12.2020-ci il tarixdə saat 17:00 radələrindən 14.12.2020-ci il tarixdə saat 06:30 radələrinə qədər olan vaxt ərzində X8 yaşadığı evin qarşısında saxladığı **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobusun yan pəncərəsininin şüşəsini açaraq ümumi dəyəri 50 manat olan pulu, 25.01.2021-ci il tarixdə X5 yaşadığı ünvanın həyətindən 90 manat dəyərində olan su sayğaçı, su motoru, su qzıdırıcısı, dəmir məlumatlarını oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək bildirdi ki, 04.02.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, 06.01.2021-ci il tarixdən 07.01.2021-ci il tarixdək olan müddət ərzində X1 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd su sayğacını, 10.01.2021-ci il tarixdən 26.01.2021-ci il tarixə olan müddət ərzində X3 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 23.01.2021-ci il tarixdə X6 yaşadığı evin blokunda quraşdırılmış dəyəri 88.58 manat dəyərində bir ədəd su sayğacını, 26.01.2021-ci il tarixdə X4 yaşadığı evin blokunda quraşdırılmış bir ədəd dəyəri 88.58 manat dəyərində olan su sayğacını,13.12.2020-ci il tarixdə X9 məxsus dəyəri 50 manat olan “Mak-Terim” markalı kombi aparatını,12.12.2020-ci il tarixdə saat 17:00 radələrindən 14.12.2020-ci il tarixdə saat 06:30 radələrinə qədər olan vaxt ərzində X8 yaşadığı evin qarşısında saxladığı **-OL-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı mikroavtobusun yan pəncərəsininin şüşəsini açaraq ümumi dəyəri 50 manat olan pulu, 25.01.2021-ci il tarixdə X5 yaşadığı ünvanın həyətindən 90 manat dəyərində olan su sayğaçı, su motoru, su qzıdırıcısı, dəmir məlumatlarını oğurlamışdır. O, hal-hazırda törətdiyi əməldən səmimi olaraq peşmandır və bir daha oğurluq edib belə hallara yol verməyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Sumqayıt Su Kanal İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, Sumqayıt Su Kanal İdarəsinə dəymiş zərər ödənilməmişdir. Şəxs qanunauyğun qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, proses iştirakçılarının izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli, MN № ******* saylı, 04.02.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs oğlu tərəfindən əməlin təkrar törədilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara a l dı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 04 fevral 2021-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar