Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-478/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Əlibabazadə Elvin Bəhruz oğlunun iştirakı ilə, Əlibabazadə Elvin Bəhruz oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə təqsirli bilinməsinə dair Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26179733 saylı qərarından Əlibabazadə Elvin Bəhruz oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: Əlibabazadə Elvin Bəhruz oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, barəsində tətbiq olunan cərimənin ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, sürmə etibarnaməsi ilə istifadəsində olan **-CE-*** dövlət qeydiyyat nişanlı Ford tranzit markalı nəqliyyat vasitəsini xx.xx.2025 tarixində saat 16:27 radələrində 13-cü mikrorayon ərazisində maşınını dayanmaq qadağan olmayan ərazidə saxlayıb hetdiyi halda qayı əməkdaşı onun maşınını çəkərək dayanma-durma ilə bağlı onu inzibati qaydada 40 AZN və 2 bal cərimə etmişdir. Halbuki həmin ərazidə dayanma-durma ilə bağlı heç bir qadağan edici nişan yoxdur. Hesab edir ki, belə olduğu halda barəsində tətbiq olunan cərimə qanunsuz və əsassızdır. Məhkəmədən barəsində tətbiq olunan inzibati cərimə növünün ləvğ edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş Əlibabazadə Elvin Bəhruz oğlu bildirdi ki, özü taksi fəaliyyəti ilə məşğul olsa da qeydiyyatdan keçməmişdir. Həmin ərazidə taksi duracağı ilə bağlı yol nişanı ağacların arasında olduğundan görməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 26179733 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əlibabazadə Elvin Bəhruz oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -346.6-cı maddəsinə əsasən “Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: - 36-ci maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” - 52-ci maddəsinin İV hissəsinin 10-2-ci bəndinə əsasən taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərində dayanması qadağandır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Əlibabazadə Elvin Bəhruz oğlu “Ford Transit yük” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksilər üçün xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerində saxlamış, bununla da Əlibabazadə Elvin Bəhruz oğlu tərəfindən dayanma və durma ilə bağlı yol hərəkət qaydaları pozulmuşdur. Əlibabazadə Elvin Bəhruz oğlu şikayətini yol nişanını görməməsi ilə əsaslandırsa da, qeyd olunan hal onun tərəfindən yol hərəkət qaydasının pozulması üçün əsaslı səbəb deyildir və onu məsuliyyətdən azad etmir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26179733 saylı Qərar qanunvericiliyin tələblərinə uyğundur və Əlibabazadə Elvin Bəhruz oğlunun şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, Əlibabazadə Elvin Bəhruz oğlu tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26179733 saylı Qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Əlibabazadə Elvin Bəhruz oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Əlibabazadə Elvin Bəhruz oğlu barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 26179733 saylı Qərar qanuni hesab edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə ilə və ya birbaşa Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-478/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-478/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver