Məhkəmə qərarları › İş №3(060)-479/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-479/2022

14.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-479/2022 14.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən 14.02.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Saatlı rayon Məhkəməsinin 2(055)-968/2020 saylı icra sənədinə əsasən 7030 manat borc pul Zərərçəkmiş şəxs2, 2(055)-1372/2019 saylı icra sənədinə əsasən isə 280 manat X1, 2(055)-1685/2020 saylı icra sənədinə əsasən 4700 manat Zərərçəkmiş şəxs1 ödənməlidir. Borclu yaranmış borcları ödəməkdən qərəzli şəkildə boyun qaçırır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Saatlı rayon Məhkəməsinin 2(055)-968/2020 saylı icra sənədinə əsasən 7030 manat borc pul Zərərçəkmiş şəxs2, 2(055)-1372/2019 saylı icra sənədinə əsasən isə 280 manat X1, 2(055)-1685/2020 saylı icra sənədinə əsasən 4700 manat Zərərçəkmiş şəxs1 ödənməlidir. Lakin o, Saatlı rayon Məhkəməsinin 2(055)-968/2020 saylı qətnaməsindən apellyasiya şikayəti və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1383/2021 saylı qətnaməsindən isə kassasiya şikayəti vermişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və vəkilin çıxışını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, borclu tərəfindən Saatlı rayon Məhkəməsinin 2(055)-968/2020 saylı qətnaməsindən apellyasiya şikayəti və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1383/2021 saylı qətnaməsindən isə kassasiya şikayəti verilmiş, lakin həmin şikayətlərin nəticələri araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 8.2-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 14.02.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar