Məhkəmə qərarları › İş №3(060)-48/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-48/2022

25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-48/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 iclas katibliyi, Şikayət vermiş şəxs X6 oğlunun, Sumqayıt şəhər DŞYP Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X1 iştirakı ilə, X4 İlqar oğlunun Sumqayıt şəhər Polis İdarəsi tərəfindən qəbul edilmiş 30.08.2021ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət ərizəsinə baxaraq, müəyyən etdi: X4 İlqar oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” 30.08.2021-ci il tarixli, TP 456928 saylı Qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X6 oğlu izahatında bildirdi ki, özü hərbiçidir və daima nizam intizama riayət edir. Sumqayıt şəhər DYPŞ Yol patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən 30 avqust 2021-ci ildə barəsində AR İXM-nin 211.2-ci maddəsinə əsasən İXP 41566362 saylı protokol tərtib edilmişdir. Həmin protokol əsasında 30.08.2021-ci il tarixli TP 456928 saylı qərar qəbul edilmiş, AR İXM-nin 211.2-ci maddəsi ilə 100 (bir yüz) manat cərimə edilmişdir. Barəsində tərtib olunmuş TP 456928 saylı qərarla razılaşmır. Belə ki 30 avqust 2021-ci il tarixində saat 11:05 radələrində Sumqayıt şəhərində 30 nömrəli avtobusdan düşdükdən sonra tibbi maskasını çıxarmış, tibbi maskanı cibində qoyduğu zaman polis əməkdaşı ona yaxınlaşaraq Post Patrul Xidmətinin xidməti avtomobilinə dəvət etmiş, o etiraz etmədən avtomobilə yaxınlaşmışdır. Bu zaman polis əməkdaşı təkidlə səbəbsiz olaraq ondan ad və soyadını soruşmuş, bu səbədən vətəndaş polis əməkdaşından bunun səbəbini soruşmuş, polis əməkdaşı özünü təqdim etmədən ona vətəndaşlığınızı yoxluyuram deyə cavab vermişdir. 30 avqust 2021-ci il tarixdə axşam radələrində “MyGov” portalına daxil olan zaman onun barəsində 30.08.2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə dair bildiriş almışdır. Lakin bu protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar tamamilə qanunsuz və əsassızdır, bunu təsdiq edən polis əməkdaşları tərəfindən aparılmış video çəkilişlər də mövcuddur. Odur ki, şikayətinin təmin edilməsini, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər DŞYP Yol Patrul Xidməti inspektoru, polis baş serjantı Əli Ələnurov izahatında bildirmişdir ki, 30 avqust 2021-ci il tarixdə X4 İlqar oğlunun Sumqayıt şəhəi, 20 Yanvar küçəsi ərazisində 30 nömrəli marşrutdan düşən zaman onun tibbi maskadan istifadə etmədiyini görmüş, bununla bağlı onun Yol Patrul Xidmətinin xidməti avtomobilinə yaxılaşmağını və onun özünü təqdim etməsini xahiş etmişdir. Daha sonra X4 İlqar oğlu tərəfindən epidemiya əlehyinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə barəsində 30.08.2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmiş və protokol əsasında əsasında 30.08.2021-ci il tarixli, İP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X6 oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Həmin zaman video şəkliş aparılmış, lakin uzuzn müddət keçdiyinə görə məhkəməyə həmin çəklişi təqdim edə bilməyəcəkdir. İş materiallarnda olan X6 oğlunun 02 sentyabr 2021-ci il tarixli elektron müraciəti və coxsaylı müraciətlərə cavabdan gürünür ki, X6 oğlu barəsində tərtib edilmiş protokolla tanış edilməmiş, vətəndaş protokolda narazı qaldığı təqdirdə hər hansı əlavə araşdırma aparılmadan dərhal qərar qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən olundu ki, inzibati orqan tərəfindən araşdırma səthi aparılmaqla həyata keçirilmişdir. Bu səbəbdən də Məhkəmə hazırki iş üzrə mövcud iş materiallarına əsasən yekun nəticəyə gələ bilmir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsiə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda sadalanan hallar, qeyd edilən normaların tələbi baxımından çıxış edərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, X6 oğlunun şikayəti qismət təmin edilməli, Sumqayıt şəhər DYPŞ Yol patrul Xidməti inspektoru polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 30.08.2021-ci il tarixli TP 456928 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün Sumqayıt şəhər DYPŞ Yol patrul Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 oğlunun şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər DYŞP Yol Patrul Xidməti tərəfindən X6 oğlu barəsində qəbul edilmiş 30.08.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş materialları yenidən araşdırılması üçün Sumqayıt Şəhər DYŞP Yol Patrul Xidmətinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar