Məhkəmə qərarları › İş №3(060)-48/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-48/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-48/2025 16.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında EP № ******* saylı, 18 dekabr 2024-cü il tarixli, protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 499.1.2-ci maddəsinə əsasən tərtib edilmiş EP № ******* saylı, 18 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən xx.xx.2024-cü il tarixli **********7646 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarının tələblərinə riayət edərək öhdəlik müddəti ərzində təkrar idxal edilib-edilməməsini və ya digər gömrük proseduru altında rəsmiləşdirilib-rəsmiləsdirilmədiyini müəyyən etməkdən ötrü Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna keçirilən baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli **********7646 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmiş, lakin, “toxuculuq dəzgahları üçün yardımçı qurğular (iplərin daşınması üçün bobinlər)" yükünün müvəqqəti ixrac üçün öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 1400 kq çəkidə olan mallar təkrar idxal edilməmiş və ya digər sifarişçi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "Çasıojlu Elm-İstehsalat” MMC VÖEN:**********R gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da Şəxs MMC tərəfindən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydaları pozulmuş,nəticədə həmin MMC tərəfindən İXM 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli namyəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmişdir sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən Gömrük orqanına 17 may 2024-cü il tarixdə Gömrük Bəyənnaməsi təqdim edilmişdir. Gömrük Xidmətinin "X1 Sistemi" informasiya resursuna baxış keçirilməsi haqqında 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Şamil Abbasov icraatında olan xx.xx.2024-cü il tarixli 3-33-1100/012/034365 nömrəli raportun araşdırma zərurəti ilə əlaqədar Gömrük xidmətinin “X1 Sistemi” informasiya resursuna baxış keçirmiş, baxış zamanı xx.xx.2024-cü il tarixli **********7646 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək müvəqqəti ixrac gömrük proseduru altında rəsmiləşdirilən malların öhdəlik müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edildiyi halda, “toxuculuq dəzgahları üçün yardımçı qurğular (iplərin daşınması üçün bobinlər)” yükünə dair müvəqqəti ixrac üçün müəyyən edilmiş öhdəlik müddəti xx.xx.2024-cü il tarixində bitməsinə baxmayaraq 1400 kq çəkidə olan mallar təkrar idxal edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmişdir. Bununla da “Eleqant tekstil" MMC tərəfindən malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarıbı pozulduğu müəyyən olunmuşdur. “Eleqant tekstil" MMC-nin Nümayəndə inzibati araşdırma zamanı verdiyi izahatında “toxuculuq dəzgahları üçün yardımçı qurğular (iplərin daşınması üçün bobinlər)" yükünün müvəqqəti ixrac üçün öhdəlik müddəti xx.xx.2024- cü il tarixində bitməsinə baxmayaraq 1400 kq çəkidə olan mallar təkrar idxal edilməmiş və ya digər gömrük proseduru altında rəsmiləşdirilməmiş, həm müvəqqəti idxal xüsusi gömrük proseduru altında rəsmiləşən, həmçinin müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşən mallara dair öhdəlik müddətini pozduqlarını bildirərək, təqsirlərini etiraf etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Eleqant tekstil" MMC tərəfindən İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Bundan başqa inzibati araşdırma müddətində hüquqi şəxsin direktoru Nümayəndə tərtib edilmiş protokol üzrə təqsirləri etiraf etmişdir. İş materiallarında bununla bağlı kifayət qədər mötəbər sübutlar var və bu sübutların mötəbərliyi şübhə doğurmur. Ona görə də İXM-nin 499.1.2-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin, 1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri; 130.1-ci maddəsində əsasən təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur. 130.2-ci maddəsində malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir. İXM-nin 499.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir; İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, Gömrük orqanı oqanı tərəfindən “Eleqant Tekstil" MMC-yə müvəqqəti gömrük proseduru altında rəsmiləşdirilən mallar üçün öhdəlik müddəti müəyyən edilsə də, MMC həmin qaydaları pozmuş, nticədə inzibati xətanı törətmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. “Eleqant Tekstil" MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Eleqant Tekstil" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Eleqant Tekstil" MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar