Məhkəmə qərarları › İş №3(060)-480/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-480/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-480/2021 25.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0008/21 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0001/21 saylı inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında işə Sumqayıt şəhərində, Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 2 olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən xx xxxxxx 2021-ci il tarixli, 00700-0008/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC (VÖEN **********) xx.xx.2020-ci il tarixədək ölkə ərazisinə qaytarmağı öhdəliyinə götürdüyü 3 ədəd ağır texnikanı vaxtında prosedurun tələblərinə uyğun nə təkrar idxal etməmiş, nə də digər bir gömrük prosedurunda bəyan etməmiş, müddət bitdikdən təxminən 27 gün sonra həmin texnikaların ixrac gömrük prosedurunda yerləşdirilməsi üçün bəyan etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı ünvan 2 olan Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsinə əsasən xx xxxxxx 2021ci il tarixli, 00700-0001/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs ASC (VÖEN **********) xx.xx.2020-ci il tarixədək ölkə ərazisinə qaytarmağı öhdəliyinə götürdüyü 8 ədəd ağır texnikanı vaxtında prosedurun tələblərinə uyğun nə təkrar idxal etməmiş, nə də digər bir gömrük prosedurunda bəyan etməmiş, müddət bitdikdən təxminən 40 gün sonra həmin texnikaların ixrac gömrük prosedurunda yerləşdirilməsi üçün bəyan etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən tərtib edilmiş edilmiş xx xxxxxx 2021-ci il tarixli 00700- 0008/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-ci maddəsinə əsasən tərtib edilmiş edilmiş xx xxxxxx 2021-ci il tarixli, 00700-0001/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəxs ASC-nin İdarə Heyətinin sədri məhkəməyə vəsatətlə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsində icraatda olan işlərin bir icraatda birləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməklə hüquqi ünvanı ünvan 2 olan Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0008/21 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0001/21 saylı inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-480/2021 və 3(060)-407/2021 №li işlər bir icraatda 3(060)-407/2021 nömrə ilə birləşdirilməli, işlərə baxılması bir icraatda birləşdirildiyindən 3(060)-480/2021 nömrə ilə işə baxılması üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 118-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Vəsatət təmin edilsin. Hüquqi ünvanı ünvan 2 olan Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0008/21 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair xx xxxxxx 2021-ci il tarixli, 00700-0001/21 saylı inzibati xətalar haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-480/2021 və 3(060)-407/2021 №li işlər bir icraatda 3(060)-407/2021 nömrə ilə birləşdirilsin. İşlərə baxılması bir icraatda birləşdirildiyindən 3(060)-480/2021 nömrə ilə işə baxılması üzrə icraata xitam verilsin. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar