Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-480/2025 11.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri X10, ev 1305 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Natiq Şəfiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN2089263 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokola əsasən borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1752 saylı, xx.xx.2023-cü il tarixli, icra sənədi üzrə borclu Şəxs yaranmış 3510 manat aliment borcunu heç bir üzürlü səbəb olmadan ödəməkdən qərəzli yayınır. xx.xx.2025-ci il tarixində inzibati xəta haqqında protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuş, həmin gün məhkəmə iclası saat 16.55-ə təyin edilmiş, lakin məhkəmə iclası keçirilərkən dövlət hesabına müdafiəçinin təyin edilməsi mümkün olmamış, həmçinin barəsində icraat aparılan şəxs ödəniş edilməsi üçün məhkəmədən vaxt istəmiş, bu səbəbdən məhkəmə iclas xx.xx.2025-ci il tarixinə təxirə salınmışdır. xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil barəsində protokol tərtib edilən Şəxs müdafiəçi təyin edilmiş, lakin sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixdə müdafiəçinin iştirakı ilə keçirilən məhkəmə iclasında Şəxs inzibati qaydada tutulması və tutulduqdan dərhal sonra Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi barədə qərar qəbul edilmiş, icraat dayandırılmış, Şəxs Məhkəməyə gətirilməsi Sumqayıt ŞPİ-yə həvalə edilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları xx.xx.2025-ci il tarixində Şəxs Sumqayıt Şəhər Məhkəməsinə gətirmiş və həmin gün məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasında Şəxs ona təyin olunmuş müdafiəçidən imtina edərək Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 müdafiəçisi olaraq seçmiş, M.Cəlalzadənin məhkəmə iclasında iştirakı təmin edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanının nümayəndəsi X9 izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-2931/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmışdır. xx.xx.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilməsi qərara alınmışdır. Borclu icra məmurunun çağırışlarına gəlməmiş, hər dəfə polis əməkdaşlarının vasitəsi ilə icra idarəsinə gətirilmişdir. Barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş və məhkəmənin müvafiq qərarı ilə inzibati həbs növündə tənbeh tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixdə 470 manat və mart, aprel aylarında cəmi 220 manat ödəniş etmişdir. Bu günə olan borc məbləği 3260 manatdır. Tərtib edilmiş protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, özünü qismən təqsirli bilir. 2024-cü ilin oktyabr ayında aliment borcu ilə bağlı barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilmişdir. 2024-cü ilin avqust ayında ürəyindən əməliyyat olmuş, xx.xx.2025-ci il tarixdə yenidən əməliyyat olmuşdur. Onun hərəkətlərində qərəz yoxdur. Belə ki, o, səhhəti ilə bağlı yaranmış problemə görə borcunu ödəyə bilməmişdir. Əgər o, həbs olunsa hazırki işini itirəcəyini və nəticədə borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Hazırda tələbkara 140 manat ödəniş etmişdir. 14 ildir mütəmadi olaraq ödənişlər etmiş, aliment borcundan yayınmamışdır. Övladına qarşı etinasızlıq etməmişdir. Borc məbləğinin yaranmasında qərəzi olmamış, yalnız səhhəti və işsizliyi ilə bağlı bu vəziyyət yaranmışdır. Qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X4 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin səhhəti ilə bağlı yaranmış problemlərə görə aliment borcunu ödəyə bilməmiş, son vaxtlarda 900 manata yaxın ödənişlər etmiş. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxs qısa müddət ərzində borcunu ödəyəcəkdir. Şəxs ölkə xaricində olmasına baxmayaraq tələbkarın anasının pensiya kartına ödənişlər etmiş, lakin sonuncular bu ödənişləri gizlətmişdir. Onlar bu məbləğlərin aliment ödənişinə hesablanması məsələni məhkəmə qarşısında mübahisələndirəcəklər. Yeni ailə həyatı qurmasını və səhhətini nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-1752 saylı icra vərəqəsindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(003)-2931/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmışdır. xx.xx.2008-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs qərar və bildirişlə tanış olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3060)-2453 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1981ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, ürək əməliyyat keçirdiyini, səhhətində yaranmış problemlərlə bağlı aliment borcunda gecikmələr olduğunu, hazırda 150 manat ödəniş etmək imkanın olmasını, digər məbləği isə hissə-hissə ödəməyə hazır olduğunu, bunun üçün ona vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 300 və 170 AZN, Şəxs xx.xx.2025-ci il tarixdə 220 AZN olmaqla tələbkara ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəxs polis əməkdaşları tərəfindən həmin tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində olan icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 3(060)-2453/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün inzibati qaydada həbs edilmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. xx.xx.2025-ci il tarixində saat 17:05 və 17:32-də, yəni Şəxs barəsində protokol tərtib edilib, məhkəməyə gətirildikdən sonra tələbkara ümumilikdə 470 manat ödəməsi, Şəxs inzibati məsuliyyətdən azad olunması əsası kimi qiymətləndirilməməlidir. Belə ki, Şəxs tələbkara icra sənədi üzrə nəzərdə tutulmuş aylıq 220 manat sabit pul məbləğindəki alimenti vaxtında ödəməmiş, məhkəmə iclası günü 470 manat ödəsə də, aliment borcu yüksək məbləğdə, yəni 3040 manat qalmışdır. Bundan başqa Şəxs barəsində xx.xx.2024-cü il tarixində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunduqda 2640 manat alimenti borcu olmuş, həmin məhkəmə iclasında da 500 manat ödəmək niyyəti olmuş, lakin 4 ay keçməsinə baxmayaraq aliment borcu 3510 manata qədər artmışdır. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra ödənilən 470 manat aliment borcu 3510 manatdan çıxılmalı, Şəxs 3040 manat aliment borcunu üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyət daşımalı, həmçinin xx.xx.2025-ci il tarixində məhkəmə iclasında ödənilmiş 140 manat aliment borcu ödənişi də nəzərə alınmalıdır. xx.xx.2025-ci il tarixində edilmiş 220 manat ödəniş isə həmin ayın aliment ödənişi olaraq qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu əcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsin əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əssaən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 11 aprel 2025-ci il tarixdən saat 14:00-dan hesablanmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Şəxs polis tərəfindən 11 aprel 2025-ci il tarixdən saat 14:00-da Sumqayıt Şəhər Məhkəməsinə gətirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat vaxta görə müvafiq məbləğ hesablanaraq dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 11 aprel 2025-ci il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-480/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-480/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver