Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-482/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Nümayəndə, Zərərçəkmiş şəxsin nümayəndəsi-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, 2-ci qrup əlil, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 40, mənzil 49-da qeydiyyatda olan və Sumqayıt şəhəri, Beton zavod ərazisi, fərdi həyət evində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 3cü Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokolu əsasında inzibati xəta haqqında material daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs məxsus çayxanadan 70 manat dəyərində plsmas yeşik və stullar oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, küçələrdən plasmas yığıb satmaqla pul əldə edir. O, xx.xx.2023-cü il tarixdə, gecə saatlarında Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən hasarlı çayxananın olduğunu görmüş, hasardan çayxananın həyətinə daxil olmuş, oradan dəqiq sayını bilmədiyi plasmas meyvə yeşiklərini oğurlayıb getmiş, həmin yeşikləri sonradan tanımadığı 1 nəfər şəxs ondan istəyən zaman o da həmin şəxsə vermiş, bunun müqabilində həmin şəxs ona 3-4 manat pul vermişdir. O həmin çayxanaya yenidən oğurluq etmək qərarına gəlmiş, buna görə də xx.xx.2023-cü il tarixdə, təxminən saat 04:55 radələrində hasardan çayxananın həyətinə daxil olmuş, həmin yerdən 08 ədəd plasmas oturacaqları oğurlayıb hasardan çölə tullamış, sonra özü də hasardan tullanmış, həmin an polis əməkdaşları onu saxlayaraq PB-nə aparmışlar. Həmin oğurluq hadisəsini tək etmiş, bundan başqa heç bir inzibati və ya cinayət hadisəsi törətməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, 2-ci qrup əlildir, ödəməyə imkanı yoxdur, barəsində yüngül inziabti tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən çayxana ona məxsusdur. O xx.xx.2023-cü il tarixdə səhər saatlarında çayxanaya gələn zaman 30 manat dəyərində olan plasmas meyvə yeşiklərin oğurlandığını aşkar etmiş, o həmin yeşiklərin kimin tərəfindən oğurlandığını müəyyən etmək üçün gecələr çayxanada gözləməyə başlamış, əvvəlki günlər gözləsə də kimsə gəlməmişdir. O, xx.xx.2023-cü il tarixdə, təxminən saat 04:55 radələrində yenə çayxanada gözləyən zaman 1 nəfər naməlum şəxsin hasardan çayxananın həyətinə daxil olduğunu, bir neçə ədəd plasmas otuacaqları oğurlayıb hasardan çölə tulladığını görmüşdür. O dərhal DİNnin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, polis əməkdaşları gələrək həmin şəxsi çayxananın hasarından çöldə saxlayıb PB-nə aparmışlar. O həmin vaxt onun oğurlamış olduğu plasmas oturacaqları sayan zaman onların sayının 08 ədəd olduğunu görmüşdür. Ona ümumilikdə 70 manat ziyan dəymişdir. Həmin plasmas oturacağın hər birinin dəyəri 5 manat olmuş, onları təxminən 2 il bundan əvvəl almışdır. Şəxs ziyanı tələb edir, barışmamışdır. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən hallar əməlindən peşman olması və 2-ci qrup əlil olmasıdır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini və Azərbaycan Respublikası CM-nin 34-1-ci maddəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə; 28.4.2. hamilə qadınlara; 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara; 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 28.4.6. hərbi qulluqçulara. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsinə əsasən ona 200 (iki yüz) manat inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-482/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-482/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver