Məhkəmə qərarları › İş №3(060)-486/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-486/2023

22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-486/2023 22.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis bölməsinin sahə rəisi Sərdar Məmmədovun, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs - Şahid3 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qubadlı rayonunda qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8, otaq 20 ünvanda yaşayan Şahid3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahid3 Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şahid3 xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Sərdar Məmmədov bildirdi ki, Şahid3 xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Qeyd olunan faktla bağlı Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid3 bildirdi ki, yol polisi tərəfindən ona cərimə yazıldığı üçün əsəbləşmiş, söyüş söymüş, daha sonra üzr istəmişdir. Əməlindən peşmandır. Vətən müharibəsi iştirakçısıdır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, qardaşı Şahid3 sexdən maşını çıxaran zaman yol polis əməkdaşları onu saxlamışlar. Özü maşın ustasıdır. Oraya yaxınlaşan zaman qardaşının ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru, polis baş serjantı Şahid2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində hərəkətdə olan VAZ 2121 markalı nəqliyyat vasitəsinin sürücüsü kəmər taxmadığından tərəflərindən saxlanılmış, sürücü narazılığını bildirmiş, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də raport tərtib edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX baş inspektoru, polis baş leytenantı Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində hərəkətdə olan VAZ 2121 markalı nəqliyyat vasitəsinin sürücüsü kəmər taxmadığından tərəflərindən saxlanılmış, sürücü narazılığını bildirmiş, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Buna görə də raport tərtib edilərək aidiyyatı üzrə təhvil verilmişdir. Sonradan onlara məlum olmuşdur ki, şəxsin psixoloji problemləri vardır. Beləliklə, Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şahid3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Şahid3 tərəfindən ictimai qayda pozması, özünün ifadəsi və işdə olan digər sənədlərlə təsdiqini tapır. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Şahid3 “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Şahid3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şahid3 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şahid3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 50,00 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar