Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-486/2024 23.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlu, Şəxs QSC ( VÖEN **********) barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 İdarəsi Sumqayıt regional X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Sumqayıt şəhər Məhkəməsinə Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli protokol daxil olmuşdur. Məhkəməyə daxil olmuş protokol nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, İXM-nin 602.4-cü maddəsinin tələblərinə görə Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi İXM-nin 602.4-cü maddəsi ilə yalnız vəzifəli şəxs barəsində protokol tərtib edilməli olduğu halda, hazırkı iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 İdarəsi Sumqayıt regional X1 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs QSC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-nin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı mddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə hesab edirəm ki, inzibati xətalar qanunvericiyilində hüquqi şəxsin İXM-nin 602.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmə halı nəzərdə tutulmadığından, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs QSC ( VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 İdarəsi Sumqayıt regional X1 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-486/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-486/2024
23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver