Məhkəmə qərarları › İş №3(060)-486/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-486/2025

24.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-486/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi polis mayoru Əsədov Mehman İsmi oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən Şəxs barəsində sonuncunun xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində küçədə sərxoş vəziyyətdə ünvansız yerə nalayiq ifadələr işlədərək, qışqıraraq ictimai qaydanı pozduğu üçün İXM-nin 510-cu maddəsi ilə MN ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa həmin PB-si tərəfindən Şəxs barəsində onun xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin YPX-nin PPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərdiyi üçün İXM-nin 535.1-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-486/2025 saylı qərardadı ilə Şəxs barəsində İXM-nin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li və xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-487/2025 və 3(060)-486/2025 saylı işlər bir icraatda 3(060)-486/2025 nömrə altında birləşdirilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs 1-ci PB-nin polis sahə rəisi, polis mayoru Mehman Əsədov tərtib etdiyi protokola uyğun izahat verərək, bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru tərəfindən “Chevrolet Cruz” markalı avtomobilin sürücüsünə saxla əmri verilmiş, həmin vaxt sürücünün sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmin sürücü özünü təqdim etməyərək avtomobildən düşməkdən imtina etmişdir. Daha sonra avtomobili sürərək qaçmağa çalışmışdır. Sürücü Şəxs avtomobillə təxminən 400 metr məsafə qət etdikdən sonra süni tıxac yaratmaqla onu saxlamaq mümkün olmuşdur. Hadisə yerinə həmin inspektor tərəfindən Sumqayıt ŞPİ-nin PPX bölüyünün əməkdaşları dəvət olunmuşlar. Həmin vaxt sərxoş vəziyyətdə olan Şəxs nalayiq ifadələr işlətməyə başlamışdır. Hadisə vaxtı ətrafda çoxlu sayda insanlar yığışmışdır. Göstərilənlərə əsasən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunaraq məhkəməyə verilmiş, Protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş hər iki protokol üzrə təqsirli bilərək izahatında göstərdi ki, “Chevrolet Cruz” markalı avtomobili lizinq şirkətindən əldə etməklə yol vərəqəsi əsasında idarə etmişdir. Həmin vaxt içkili olduğu üçün hadisənin necə baş verdiyini xatırlaya bilmir. Qeyd edir ki, hadisə zamanı avtomobildə tək olmuşdur. DYP-nin əməkdaşlarının ona necə yaxınlaşmasını xatırlamır. Şahidlərin məhkəmə iclasında göstərdikləri ilə razılaşır. Əməlindən çox peşmandır, bir daha bu kimi qayda pozuntularına yol verməyəcəyinə söz verir. Yüngül tənbeh verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Zaur Vəliyev izahatında bildirdi ki, sürücü Şəxs Niyazi küçəsində saxla işarəsi verilmiş, o, idarə etdiyi avtomibili həmin yerdə deyil, bir qədər sürərək həyətin içində saxlamışdır. Bu zaman o, deyil, digər ekipaj üzvü həmin sürücüyə yaxınlaşmış, həmin vaxt sürücü telefonla danışmış, bir neçə dəqiqə sürücünün mobil telefonla danışığını bitirməsini gözləsələr də, həmin sürücü danışığını sonlandırmamışdır. Bundan sonra o, özü avtomobilə yaxınlaşmış, sürücyə avtomobilin şüşəsini aşağı endirməyi, ad və soyadını bildirməsini təklif etmişdir. Lakin sürücü bunların heç birinə məhəl qoymamış, onlara həqiqətən içkili olduğunu bildirmişdir. Bundan sonra onlar həmin sürücüyə sükan arxasından enməsini təklif etsələr də, həmin şəxs yenə də onların qanuni tələblərinə məhəl qoymamışdır. Sürücü avtomobilin şüşəsini aşağı salan vaxt o, avtomobilin qapısını açmış, lakin açarı tapa bilməmişdir. Açar avtomobilin üzərində olduğundan xanım sürücü avtomobili hadisə yerindən sürərək uzaqlaşmışdır. Sürücü Şəxs manevr qaydasını pozaraq yüksək sürətlə hərəkət edərək həmin yerdən uzaqlaşmışdır. Niyazi küçəsində onu süni tıxacla yenidən saxlamağa müvəffəq olmuşlar. Yenidən hadisə yerindən qaçmağı bacaran həmin sürücü, yenidən 13-cü mikrorayon ərazisində, Xəlifə restoranı yaxınlığında saxlanılmışdır. Həmin yerə PPX-nin əməkdaşları dəvət olunmuş, sürücü avtomobili orada olan digər vətəndaşların üzərinə sürmüş, vətəndaşların həyatı üçün təhlükəli manevrlər etmişdir. Şəxs saxladıqları yerdə ətrafda insanlar oluşdır. O, hadisə vaxtı qışqıraraq telefonla danışmış, həmçinin telefonla onları telefonu ilə videoya çəkmişdir. Qeyd edir ki, Abdullayeva hadisə vaxtı spirtli içki qəbul etdiyini etirafetmiş, yerindəcə protokol tərtib edilməsini və buraxılmasını onlardan tələb etmişdir. Lakin onlar srücüyə spirtli içki qəbul etdiyi üçün onun sükan arxasından uzaqlaşdırılmalı olduğunu izah etmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Samir Nəsirov izahatında digər şahid Zaur Vəlilyevin izahatında göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil şəxsin İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasını, lakin İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş protokol üzrə icraata xitam verilməsini, Şəxs əməlində xırda xuliqanlıq əməlinin tərkib əlamətinin olmadığını, sonuncunun ictimai qaydanı pozmadığını bildirərək Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinintətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixli “Raport”-la baş vermiş hadisə ilə əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis mayoru Mehman Əsədov Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəisinə müraciət etmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 11:00-da buraxılmışdır. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx.xx.2025-ci il tarixli, A/383 saylı protokoldan görünür ki, aparılmış müayinə nəticəsində Şəxs orta dərəcədə sərxoşluq vəziyyəti aşkar olunmuşdur. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Chevrolet Cruz” markalı, **-PU-*** dölət qeydiyyat nişanlı avtomobil saxlanca qəbul edilərkən sol yan şüşəsi , sol yan güzgüsü sınıq olmuşdur. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış zamanı hadisənin həqiqətən də şahid Sumqayıt DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı Zaur Vəliyev izahatında qeyd etdiyi kimi baş verdiyi öz əksini tapmışdır. Belə ki, Şəxs inspektor tərəfindən sükan arxsanda enməsi təlkif edilsə də, o buna məhəl qoymamış, spirtli içki qəbul etdiyin etiraf edir, barəsində protokol tərtib edilməsini inspektordan təlb edir. Bundan sonra manevr edərək hadisə yerindən uzaqlaşır, sonuncu təkrar saxlanılsa da, hadisə yerindən yenidən qaçmağa müvəffəq olur, bu dəfə o, süni tıxacla salanılır. Həmin vaxt ətrafda çoxlu sayda insalnarın toplaşdığı, sürücünün səs küy salaraq ətrafdakıların diqqətini özünə çəkdiyini, onların nahatalığına səbəb olan hərəkətlər etdiyi müəyyən edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Aynurə Abdullayevə xx.xx.2025-ci il tarixdə axşam saatlarında səs küy salaraq, ünvansız nalayiq ifadələr işlətməklə ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati inzibati xəta törətmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 1-ci PB-nin polis sahə rəisi, polis mayoru Mehman Əsədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İXM-nin qeyd edilən normaları ilə inzibati xətann törədilməsində təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, əməlindən peşman olmasını, davranışını törədilən inzibati xətaların xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, ona cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi sonuncunun islah olunması üçün yetərlidir, bu səbəbdən təqsirli bilindiyi maddələrin sanksiyası həddində İXM-nin 34.3-cü maddəsinə əsasən inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göründüyü kimi Şəxs araşdırma zamanı 02 gün müddətində tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin 200 (iki yüz) manat cərimə edilsin, tutulduğu iki gün müddət nəzərə alınaraq o, qəti olaraq 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar