Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-489/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs:Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 26.08.1997-ci ildə Rusiye Federasiyası, Tümen vilayəti, Radujnıy şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Novxanı bağları, fərdi evdə yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi : Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 13.02.2022-ci il tarixdə saat 15:45 radələrində PPXT əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis leytenantı X2 bildirdi ki, Şəxs Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 13.02.2022-ci il tarixdə idarə etdiyi **-MB-*** BMW markal avtomaşını saat təxminən 15:00 radələrində əyləc sistemindı yaranan nasazlıq səbəbindən qaz borusuna vurmuş, bununla bağlı PPX əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, Şəxs onlarla mübahisə etməyə başlamış, PPXT əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də, Şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə raport əsasında təhvil verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 13.02.2022-ci il tarixdə idarə etdiyi **-MB-*** BMW markal avtomaşını saat təxminən 15:00 radələrində əyləc sistemindı yaranan nasazlıq səbəbindən qaz borusuna vurmuşdur. Daha sonra maşından düşmüş, PPX əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər. O əsəbi olduğu üçün onlarla mübahisə etməyə başlamışdır. Nalayiq ifadələr işlətmişdir. Onların onu bölməyə aparmaq təklifini qəbul etməyərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İndi əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, buna görə də barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, 13.02.2022-ci il tarixdə SSahil keçəsi Novxanı bağlar massivində 9108 çağırışlı avtopatrulda postaçı yoldaşı polis baş serjantı Şahid2 ilə birlikdə ərazini gəzərkən təxminən saat 15:45 radələrində dövlət qeydiyyat nişanı 99MB218 olan BMW markalı maşının əzilmiş vəziyyətdə bağın içində dayandığını görmüşlər. Onlar həmin yerə yaxınlaşmış və sürücünü üzündı xəsarətləri olmuş, dodaqları partlamışdır. Sürücünün açıq-aşkar özündə olmadığı hiss olunmuşdur. Həmin yerdə qaz turbasının zədələndiyini və qazın sızdığını görmüşlər. Onları görən sürücü aqresiv davranaraq yüksək səslə nalayiq küçə söyüşləri ilə onları təhqir etməyə başlamışdır. Onlar həmin sürücünü təmkinli olmağa və nizamintizama dəvət etmişlər. Lakin o onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlar həmin vətəndaşı aidiyyatı üzrə 1-ci PB-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında Şahid2 da Şahid1 Hafiz oğlunun dediklərini təsdiq etdi. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 13.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 13.02.2022-ci il tarixdə, saat 22:45-də tutulmuş, 15 fevral 2022-ci il tarixdə saat 14:30-da azad edilmişdir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam təsdiq edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır, məsuliyyətini yüngülləşdirən hal peşman olmasıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB tərəfindən 13.02.2022-ci il tarixdə saat 22:45-də tutularaq 15.02.2022-ci il tarixə saat 14:30-dək saxlanması nəzərə alınsın və üzərində 100 (bir yüz) manat cərimə tənbehi saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-489/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-489/2022
15.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver