Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-49/2022 31.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Farzi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi–Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin 29.11.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin 29.11.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında yazılmış 2500 manat məbləğində cərimənin silinməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarı ilə X4 tərəfindən verilmiş şikayət təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 03.02.2022-ci il tarixli qərarından narazı qalan X4 apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 3(105)-156/2022 saylı, 15 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Sumqayıt şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına göndərilmişdir. X2 şikayəti onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası qanunvericiliyi əsasında fəaliyyət göstərən fərdi sahibkardır. Cavabdeh təşkilat tərəfindən onun adına MN ******* saylı, 18.11.2021-ci il tarixli protokol tərtib edilmişdir. Protokolda qeyd olunub ki, 06.11.2021-ci il tarixində saat 19:00-da “Okean” şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Protokolda qeyd olunanlar tamamilə yalan və əsassızdır. Çünki həmin gün şadlıq evində ümumiyyətlə toy olmayıb. Belə olan halda şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan necə artıq ola bilərdi? Cavabdeh orqan qərəzli şəkildə onun barəsində protokol tərtib edib və həmin protokol əsasında 29.11.2021-ci il tarixli MN ******* nömrəli qərar qəbul etmişdir. Həmin qərarla o İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat mbləğində cərimə olunmuşdur. O ona istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 233.1-ci maddəsinin tələbini pozmamışdır. Yuxarıda qeyd etdiyi kimi həmin gün şadlıq evində ümumiyyətlə hər hansı bir toy və ya yığıncaq olmayıb. Qərar tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 müdafiəçisi Vəkil şikayəti müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin 29.11.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, “Okean” şadlıq sarayında 05.11.2021-ci il tarixində saat 19:00-da aparılan monitorinq zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. Texniki səhv olaraq MN ******* nömrəli protokolda yoxlamanın günü 06.11.2021-ci il tarixi kimi göstərilmişdir. Buna görə də şiakətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid4 bildirdi ki, “Okean” şadlıq sarayını administratoru vəzifəsində çalışır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları noyabr ayının 6-sı saat 5-6 arası gəlib demişlər ki, monitorinq aparmalıdırlar. Onun yanında Elməddin və qardaşı olmuşdur. Şadlıq sarayında tüstüyə qarşı qurğu vardır. Həmin qurğu işlək vəziyyətdədir. Təmizləmə işləri vaxtında həyata keçirilir. Ekologiya Nazirliyinin əməkdaşları yoxlama keçirənn zaman “Okean” şadlıq sarayında toy toy tədbirləri olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid5 bildirdi ki, noyabr ayının 6-sı Ekologiya Nazirliyinin əməkdaşları gəlmişlər. Həmin şadlıq sarayında barmen işləyir. Ekologiya Nazirliyinin əməkdaşları nə üçün gəldiklərini demədilər. O qıraqda dayanıb dinləmişdir. Həmin gün şadlıq sarayında toy olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən Şahid3 bildirdi ki, Ekologiya Nazirliyinin nümayəndələri şadlıq evində monitorinq keçirərək noyabr ayının 5-də yoxlama keçirilmişdir. Ərazidə tüstü müşahidə olunmuşdur. İşin çoxluğu ilə əlaqədar texniki səhv olaraq protokolda yoxlmanın tarixi 6-sı göstərilmişdir. Monitorinqin nəticələrini əks etdirən akt tərtib olunmuşdur. Noyabr ayının 5-i və 6-sı yaxlamada olmuşlar. Noyabr ayının 6-sı toy olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 bildirdi ki, monitorinq əsasında yoxlama aparmışlar. Yaxlama zamanı akt tərtib olunmuş, yoxlamam zamanı administrator iştirak etmiş, lakin adını aktda qeyd etməmişlər. Yoxlama əmr əsasında həyata keçirilmişdir. Yoxlama noyabr ayının 5-i həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirlən Şahid2 şahid qismində dindirilən Şahid1 ifadəsinə uyğun izahat vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin 29.11.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 06.11.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən həmin tarixə 4 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Şahid2 və tanımadıqları başqa 2 əməkdaşla toy olmadığı halda Okean şadlıq evinə gəlmiş, heç bir monitorinq aparmadan, heç bir cihazdan istifadə etmədən akt tərtib etmək istəmişlər. Haqsızlığa dözməyən şadlıq evinin sahibi Hacıyev Hacı onlardan şadlıq evini tərk etmələrini tələb etmiş və toy olan vaxtı gəlmələrini bildirmişdir. Onlar şadlıq evini tərk edib toy olan vaxt gələcəklərini bildirmişlər. Həmin gün toy olmadığı üçün fiziki şəxs Lalə Məmmədova şadlıq evində olmamışdır. Toyun olmadığı Vergilər, Daxili İşlər və X1 portalında aydın göstərilmişdir. İş materiallarında olan “Xidmətlərin göstərilməsi haqqında 08/18 saylı, 31.10.018-ci il tarixli müqavilədən görünür ki, sifarişçi Sumqayıt şəhəri, 12-ci mikrorayon, Çerkasi küçəsində yerləşən “Okean” şadlıq sarayında lahiyə-smeta sənədlərinin əsasında havatəmizləyici hidrofilterlərinin və aksesuarların quraşdırılması, işə salınması və işlək halda şifarişçiyə təhvil verilməsi kimi xidmətlərin göstərilməsini sifariş verib “İçraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi hava təmizləyici hisrofilterlərinin və aksesuarların quraşdırılması, işə salınması və işlək halda sifarişçiyə təhvil verilməsi kimi xidmətini göstərməyi öhdəsinə götürür. İş materiallarında olan 0601 saylı, 5-6.11.2021-ci il tarixli monitorinq aktından görünür ki, 4 X5 və Təbii Sərvətlər İdarəsindən daxil olan 29/10/2021-ci il tarixli 642/4RETSİ-43 nömrəli məktubun icrası ilə əlaqədar olaraq ünvan 1 ünvanında fəaliyyət göstərən “Okean” şadlıq evinin ətraf ərazisində monitorinq keçirilmişdir. Sabit hava şəraitində keçən monitorinq saat 19:00-da aparılmışdır. Monitorinq zamanı məlum olmuşdur ki, “Okean” şadlıq evinin havatəmizləyici qurğusu vardır. Monitorinq Annat 64M3-03 cihazı vasitəsilə aparılmışdır. Cihazın göstəriciləri aşağıdakı kimi olmuşdur:CO- 7,3 mq/m3, SO2-0,4 mq/m3. Monitorinq zamanı ərazidə y-qoxu və tüstü müşahidə olunmuşdur. Ərazidə ölçmənin nəticəsi ətraf mühit üçün yol verilən həddən artıq olmuşdur. İş materiallarında olan 3 noyabr 2021-ci il tarixli “Obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində” aktdan görünür ki, "xxxx" MMC tərəfindən “Okean” şadlıq sarayında ictimai iaşə obyektində yerləşən tüstü bacalrına quraşdırılmış beş ədəd hava təmizləyici qurğu və onun ehtiyyat hissələri texniki baxışdan keçirilmiş, diaqnostika aparımış və lazımi servis icra edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 16.1.3-cü maddəsinə əsasən insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama keçirilir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qərardan şikayət vermiş şəxs X2 vəkilinin və protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin izahatlarını və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən barəsində iş üzrə icraata xitam verilməlidir. Beləliklə iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi "Okean" şadlıq sarayına gələrək İnzibati Xəta haqqında MN N° ******* nömrəli protokol tərtib etmişdir. Protokolda göstərilmişdir ki, 06.11.2021-ci il tarixində saat 19:00-da “Okean” şadlıq sarayında aparılan monitorinq zamanı şadlıq evinin tüstü borusundan atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilə bilən normadan artıq olmuşdur. İnzibati tənbeh vermə haqqında 29.11.2021-ci il tarixli, MN N°1119777 nömrəli qərara əsasən, Lalə Məmmədova Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, mətbəxin tüstü bacasına atmosferə atılan zərərli maddələrin miqdarını tənzimləyən xüsusi aparata quraşdırılmış və 03.11.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən “Okean” şadlıq sarayında yerləşən tüstü bacalarına quraşdırılmış 5 ədəd hava təmizləyici qurğu və onun ehtiyat hissələri texniki baxışdan keçirilmiş, diaqnostika aparılmış və lazımi servis icra edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, Lalə Məmmədovaya keçirilmiş monitorinq barəsində heç bir məlumat verilməmişdir. Belə ki, protokolda barəsində inzibati xəta haqqında qərar çıxarılmış Lalə Məmmədovanın imzasının olmaması onun həmin protokoldan xəbəri olmadan tərtib olunması sübutu yetirilir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamış, yoxlamanın keçirilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyindən icazə alınmamış, plandankənar (növbədənkənar) yoxlama yoxlayıcı orqan tərəfindən konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması barədə sübut təqdim etməmişdir. Bununla da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, qərardan şikayət vermiş şəxs X2 əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X5 və Təbii Sərvətlər İdarəsinin 29.11.2021-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-49/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-49/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver