Məhkəmə qərarları › İş №3(060)-491/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-491/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-491/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində MN seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 5000 (beş min) manat və 15 (on beş) manat dövlət rüsumu X3 xeyrinə tutulmalıdır. Borclu üzürsüz səbəbdən heç bir ödəniş etməmişdir. Məhkəmədə protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5000 (beş min) manat və 15 (on beş) manat dövlət rüsumu X3 xeyrinə tutulmalıdır. İcra vərəqəsi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilməsi haqqında qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Borclu ilə telefon vasitəsilə əlaqə saxlanılmış və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuşdur.xx.xx.2022-ci il tarixdə borclu qərarla tanış olunmuş və ona borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. xx.xx.2022-ci il tarixdə borclunun izahatı alınmış və maddi imkanı zəif olduğu üçün ödəniş edə bilmədiyini bildirmişdr. Bir müddət sonra tələbkar və borclu onunla əlaqə saxlayaraq aralarında razılığa gəldiklərini bildirmişlər, lakin bir müdddət sonra tələbkar X7 onunla əlaqə saxlayaraq borclu ilə aralarında olan razılığı pozmuşlar, ona görə də, icra tədbirlərinin davam etdirilməsini demişdir. Borclunun əvvəlki mobil telefon nömrəsi ilə əlaqə saxlanılsa da, nömrə işləmədiyi üçün onu tapmaq mümkün olmamışdır. Ona görə də, borclunun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan edilməsi haqqında qərar qəbul edilmiş və icra edilməsi üçün Sumqayıt ŞPİ-nə göndərilmişdir. Borclu Sumqayıt ŞPİnin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclu bu müddət ərzində Resblitasiya Mərkəzində müalicə aldığını bildirmişdir. Tələbkarla əlaqə saxlanılmış və o, borclu tərəfindən 3000 (üç min) manat ödəniş edilsə borcun digər hissəsini tələb etməyəcəyini demişdir. Bu təklif borcluya bildirilmiş, lakin borclu qətnamə ilə müəyyən edilmiş məbləğdən də atrıq ödəniş etdiyini bildirmişdir. Lakin ödəniş barədə heç bir sübut təqdim etməmişdir. Borclu öz adına olan çıxarış təqdim etsə də, çıxarışda hesab cox olduğundan müəyyən etmək mümkün olmamışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilməyərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 5000 (beş min) manat və 15 (on beş) manat dövlət rüsumu X3 xeyrinə tutulmalıdır. O, Reablitasiya Mərkəzində müalicə olunub çıxdıqdan sonra tələbkar X7 ilə əlaqə saxlamış, ona borclu olduğunu bildiyini, lakin ona bir müddət möhlət verməsini bildirmiş, lakin tələbkar isə ondan borcu və faizlərini də istəmişdir. O, tələbkara qətnamə üzrə müəyyən olunmuş məbləğdən də cox pul ödədiyini bildirmişdir. Əvvəllər ticarətlə məşğul olduğunu, öz adına olan hesabdan həmin vaxtlar 47000 (qırx yeddi min) manat çıxdığını, tələbkarın hesabına ödənişlər etdiyini demişdir. O, Reablitasiya Mərkəzindən yeni çıxdığını, ona 10 (on) gün vaxt verilməsini və bütün sübutları təqdim edəcəyini bildirdi. Məhkəmədə tələbkar X7 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5000 (beş min) manat və 15 (on beş) manat dövlət rüsumu onun xeyrinə tutulmalıdır. Borclu özü məhkəmə iclasında Reablitasiya Mərkəzindən çıxdıqdan sonra onunla əlaqə saxladığını və ona borcu olduğunu etiraf etdiyini bildirdi. Lakin sonra onun bank hesabına pul ödəməsini deyir. O, bütün hesablarını icra məmuruna təqdim edəcəyini bildirərək icra məmuru tərəfindən həmin hesabların yoxlanılmasını xahiş etdi. Əgər araşdırma zamanı borclunun ona qətnamə ilə müəyyən olunmuş məbləğin ödənilməsi barədə sübut olsa borcunu tələb etməyəcəyini bildirdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 5000 (beş min) manat və 15 (on beş) manat dövlət rüsumu X3 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1991-ci il ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Belə ki, iş materiallarından və proses iştirakçılarının izahatlarından görünür ki, borclu tələbkara qətnamə üzrə müəyyən olunmuş məbləğdən də cox pul ödədiyini, ödənişlərlə bağlı öz adına olan bank hesabından çıxarış olduğunu, lakin bu faktın araşdırılmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar