Məhkəmə qərarları › İş №3(060)-491/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-491/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-491/2025 10.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin inzibati xəta haqqında 14 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt regional X4 İdarəsi tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X7 (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokola qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu məhəllədə yerləşən X8 Xəstəxanasında aparılmış planlı YTM zamanı YTQ-nın tələbləri pozulmuş bu səbəbdən “Sumqayıt Tibb Mərkəzi” X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 518.1-ci maddəsinə əsasən tərtib olunmuş, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Fövqəladə Hallar Nazirliyi X4 Xidməti Sumqayıt regional X4 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Sumqayıt Tibb Mərkəzi” X3 etibarnamə üzrə nümayəndəsi X2 bildirdi ki, müəssisədə keçirilən yoxlama zamanı nöqsanlar həqiqətən mövcud olmuş, yalnız nöqsanların biri aradan qaldırılsa da, möcud avtomatik yanğın xəbərverici səs siqnalisiya sisteminə texniki qulluq göstərilməmiş, dam örtüyünün taxta konstruksiyalarına oda davamlı məhlul hopdurulmamışdır. Qeyd etdiyi kimi yalnız binanın birinci mərtəbəsində dəmir barmaqlıqlar pəncərələrin üzərindən götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt regional DYNİ-nin 0236 saylı, xx.xx.2025-cü il tarixli “Yanğın-texniki müayinənin aparılması” haqqında qərara əsasən Sumqayıt şəhəri, 9-cu məhəllə, M.Hüseynzadə küçəsində yerləşən “Sumqayıt Tibb Mərkəzi” X9 məxsus X8 Xəstəxanasında xx.xx.2025-cü il tarixdən xx.xx.2025-ci il tarixədək plan üzrə (növbəti) yoxlama aparılması qərara alınmışdır. AR Ədliyyə Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” “Sumqayıt Tibb Mərkəzi” X9 X8 xəstəxanasında qərarda qeyd edilən müddətdə plan üzrə (növbəti) yoxlama aparılması məqsədilə xx.xx.2025-ci tarixli, KY ********* nömrəli Çıxarış əldə edilmişdir. “Yanğın-texniki müayinə” haqqında xx.xx.2025-ci il tarixli, 0236 saylı aktına əsasən “Sumqayıt Tibb Mərkəzi” X9 məxsus X8 Xəstəxanasında möcud avtomatik yanğın xəbərverici səs siqnalisiya sisteminə texniki qulluq göstərilməmiş, dam örtüyünün taxta konstruksiyalarına oda davamlı məhlul hopdurulmamış, binanın birinci mərtəbəsində olan pəncərələrə dəmir barmaqlıqlar quraşdırlmışdır. Bu barədə “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə” xx.xx.2025-ci il tarixli, 0236 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “Sumqayıt Tibb Mərkəzi” X7 tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla o cümlədən Sumqayıt Tibb Mərkəzi” X3 nümayəndəsinin vermiş olduğu etirafedici izahatı ilə təsdiq edilir. Ona görə də “Sumqayıt Tibb Mərkəzi” X7 İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi haqqında Qanununun 1-ci bəndinin 5-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi tələbləri yanğın təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş, sosial və texniki xarakterli xüsusi şərtdir. Həmin Qanunun 6-cı bəndinin 1-ci hissəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək vəzifələri vardır. Həmin Qanunun 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. İXM-nin 518.1-ci maddəsinə görə Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından görünür ki, SRDYNİ-nin əməkdaşları tərəfindən “Sumqayıt Tibb Mərkəzi” X9 məxsus X8 xəstəxanasında planlı yanğın texniki müayinə zamanı 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə (maddə 14,15,17, 18,19, 20) riayət olunmuşdur. Məhkəmədə “Sumqayıt Tibb Mərkəzi” X6 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş “Sumqayıt Tibb Mərkəzi” X6 barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: “Sumqayıt Tibb Mərkəzi” X7 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar