Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-494/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilmişdir. Qeyd edilən protokollar məhkəmənin qırardadı ilə bir icraatda birləşdirilmişdir. İnzibati xəta haqqında protokollara əsasən xx.xx.2024-cü ildə saat 17:00-da Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə dəvət edilən zaman etiraz edərək yüksək səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir, həmçinin müayinə zamanı onun narkotik vasitə olan marixuana istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi Ş.N.Əhmədov izahatında göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 17:00-da Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün PB-nə dəvət edilən zaman etiraz edərək yüksək səslə nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış və tabesizlik göstərmişdir. Daha sonra o müayinəyə aparılmış və müayinə zamanı narkotik vasitə olan marixuanadan istifadə etdiyi aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Bundan əlavə inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi Ş.N.Əhmədov ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş üzrə təqiqat araşdırması aparılıb-aparılmamasından məlumatsızdır. Ona daxil olmuş material müvafiq raportdan ibarət olmuşdur. Şəxs inzibati qaydada tutulmuş və daha sonra azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, onu yol-nəqliyyat hadisəsinə görə 1-ci Polis Bölməsinə dəvət etmişlər, o isə heç bir etiraz etməmiş, sadəcə bölməyə dəvət edilmə səbəbini soruşmuşdur. Daha sonra isə özü könüllü avtomobilə əyləşərək bölməyə gəlmişdir. Bölmədən onu tibbi müayinəyə aparmışlar və müayinə zamanı narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Belə ki, həmin vaxtdan təxmini bir həftə öncə marixuanadan istifadə etmişdir. Ona görə də özünü İXM-nin 206-cı maddəsi ilə təqsirli bilir. Lakin, polisə heç bir tabesizlik etməmişdir, bu səbəbdən də özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilmir. Bölmədə iki gün inzibati qaydada tutulmuş və daha sonra azad edilmişdir. Bölmədə olan zaman ona qarşı hər hansı qanunsuz hərəkət, təsir və ya təzyiq olmamışdır. Narkotik vasitə olan marixuanadan istifadə etdiyinə görə hazırda peşmandır, göstərilən halları nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi özü könüllü olaraq polis bölməsinə və həkim müayinəsinə getmişdir. Əgər həkim müayinəsinə getməkdən imtina etsəydi, analiz verməzdi. Buna görə də Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi yoxdur. Şəxs marixuana qəbul etdiyini özü də etiraf etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında işə xitam verilməsini, İXM-nin 206-cı maddəsi ilə isə özünü təqsirli bilməklə peşman olmasını, həmçinin himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Ruslan Qurbanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Şəxs narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində tərəflərindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş, həmin şəxs onlara etiraz edərək yüksək səslə nalayiq ifadələr işlədərək onların qanuni tələblərinə məhəl qoymamaqla tabesizlik göstərmişdir. Həmin şəxs tərəflərindən 1-ci Polis Bölməsinə təmin edilmiş, daha sonra narkoloji dispanserdə onun marixuna istifadə etməsi aşkar edilmişdir. Qeyd edilən raportun üzrərində olan ştampa əsasən xx.xx.2024-cü ildə qeydiyyatdan keçmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Sərxoşluq hallarının tibbi müayinəsi” haqqında xx.xx.2024-cü il tarixli aktından görünür ki, həmin tarixdə Şəxs aparılan sidik analizi nəticəsində marixuana qəbulu faktı THC (+) aşkar olunmuşdur; İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1036 saylı rəydən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 15 fevral 2024-cü il tarixdə saat 17:10-da tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 13:20-də azad edilmişdir; İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla onun xx.xx.2019-cü il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı var. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı tötətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə sübuta yetirilsə də, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Bu səbəbdən də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi təqsilri bilinərək barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməli, onun barəsində həmin Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata isə xitam verilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə yalnız əməliyyat müvəkkili Ruslan Qurbanov tərəfindən tərtib edilmiş raport təqdim edilmişdir. Əlavə hər hansı sübut təqdim edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə narkotik məsələsi ilə bağlı şübhəli şəxs kimi deyil, yol-nəqliyyat hadisəsinə görə 1-ci PB-nə dəvət edildiyini, həmin vaxt isə heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Sübut kimi təqdim edilmiş həmin raportla əlaqədar isə isə kifayət qədər ziddiyyətlərin mövcud olması müəyyən edilmişdir. Belə ki, şəxsin narkotik vasitə istifadə etməsi ilə bağlı şübhəli şəxs qismində saxlanılması qeyd edilsə də, qeyd edilən şübhə ilə bağlı hər hansı təhqiqat araşdırması aparılmamışdır. Narkotik vasitə istifadə etməsi barədə şübhələr olması iddia edilən şəxsin üzərində də narkotik vasitə olması ehtimalları nəzərə alınaraq bununla bağlı müvafiq əməliyyat qrupu yaradılmamış, şəxs saxlanıldıqdan sonra isə üzərində şəxsi-axtarış və digər zəruri tədbirlər həyata keçirilməmişdir. Həmçinin raport bölmədə xx.xx.2024-cü ildə qeydiyyatdan keçsə də, şəxs artıq xx.xx.2024-cü ildə sahə rəisi tərəfindən inzibati qaydada tutulmuşdur. Qeyd edilən ziddiyyətlər raportun sonradan tərtib edilməklə işin həqiqi hallarını əks etdirməməsi barədə məhkəmədə əsaslı şübhələr yaradır və bu səbəbdən də məhkəmə hesab edir ki, həmin rapot hazırki iş üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetrilmədiyindən onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi təsdiqini tapdığı üçün onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd edilən maddə üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə İXM-nin 206cı maddəsi ilə inzibati tənbeh tətbiq edərkən həmin Məcəllənin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakretizə edən halları, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanunamüvafiqdir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü ildə inzibati qaydada tutulmuş və xx.xx.2024-cü ildə saat 13:20-də azad edilmişdir. Ona görə də Şəxs barəsində inzibati cərimənin həddi müəyyən edilərkən İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun iki gün müddətində inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Respublika Narkoloji Mərkəzin xx.xx.2024-cü il tarixli 03 nömrəli rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyi üçün xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 02 (iki) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-494/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-494/2024
22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver