Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-496/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə, Zərərçəkmiş şəxs- X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs barəsində 16.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 19.01.2022-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları ünvan 1 ünvanında anası X3 ilə aralarında münaqişə olmuş, nəticədə anasının sağ əlini dırnağı ilə cıraraq ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Orxan Muradov izahatında göstərdi ki, Sumqayıt şəhəri 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Fərhad Bayramov tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28.01.2022-ci il tarixli qərar qəbul edilmiş və vətəndaş Şəxs barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati təsir tədbirləri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə polis bölməsinə göndərilmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayənədəsi atası Qanuni nümayəndə iştirakı ilə izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. Atası ilə anası boşanmışlar, hazırda onlar bir evdə yaşayır. 19.01.2022-ci il tarixdə yaşadıqları evə saat təxminən 20:00 radələrində anası ilə aralarına mübahisə yaranmış, anası səbəbsiz yerə onu təhqir etməyə başlamışdır. O buna fikir verməməyə çalışsa da, anası daha sonra onun üzərinə doğru gəlmiş və onu boğmağa çalışmışdır. Bu zaman o özünü müdafiə etmək məqsədilə anasının əlini tutub aşağı doğru çəkməyə çalışmışdır və bu zaman anasının əlini cızmış ola bilərdi. Vüsaləni döymədiyini, onu itələdiyini, həmin vaxt içkili olduğunu, Vüsaləni nalayiq ifadələrlə söymədiyini bildirərək barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərdi ki, qızı ilə aralarında bir müddətdir ki problemlər vardır. Əri və uşaqları ilə bir evdə yaşamalarına baxamayaq, o, əri ilə boşanmışdır. Qızı atasının təsiri altında olduğundan onunla hər zaman mübahisə edir, məktəbdə dərslərdən mütamadi olaraq yayınır. 19.01.2022-ci il tarixdə yaşadıqları evdə qızı ilə arlarında mübahisə yaranmış və qızı onun üzərinə hücum çəkərək ona xəsarət yetirmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə da, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işin materiallarında olan 28.01.2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 2-ci PB-yə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 21.01.2022-ci il tarixli, 92 saylı məhkəmətibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində sağ saidin qançırı, sağ əlin üstünün sıyrığı xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər kənar şəxs tərəfindən vurulmaqla, dıqnaqları ilə cırmaqlamaqla əmələ gələ bilər, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 19.01.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə işin hallarını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki Şəxs tərəfindən zərəçəkmiş şəxsin əlini dırnağı ilə cızması, onun təqsiri iş materialları ilə yanaşı özünün və zərərçəkmiş şəxsin məhkəmədə verdiyi izahatları ilə yanaşı ekspert rəyi ilə də təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-cu maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi onun yetkinlik yaşına çatmamasıdır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, təqsirin dərəcəsini, Şəxs şəxsiyyətini, yetkinlik yaşına çatmamasını və bununla bağlı cəza təyin edərkən qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətləri nəzərə alır və hesab edir ki, qanunvericilikdə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 30.2. hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Eyni zamanda Şəxs məktəbli olduğunu və müstəqil qazancının olmadığını məhkəmə nəzərə alaraq, həmin cərimənin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanuni nümayəndəsi olan atası Qanuni nümayəndə tutulmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 150.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun valideynlərindən və ya digər qanuni nümayəndəsindən tutulur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində tətbiq olunan 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh onun qanuni nümayəndəsi olan Qanuni nümayəndə tutulsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 04 saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-496/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-496/2022
16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver