Məhkəmə qərarları › İş №3(060)-497/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-497/2021

01.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-497/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” MMC-nin təsisçisi X4, Azərbaycan Respublikası Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı-X5 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 27 yanvar 2021-ci il tarixli, 00700-0004/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsinin) 485.2-ci maddəsinə əsasən 27 yanvar 2021-ci il tarixli 00700-0254/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) 25 noyabr 2020-ci il tarixdə Sumqayıt Bas Gömrük İdarəsində **********2648 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, Rusiya Federasivasindan 52137619 nömrəli vaqon ilə göndərilmiş “X1 Mineral və kimyəvi Gübrələr” yükünü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, 22 noyabr 2020-ci tarixdə saat 23:45-də Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Belə ki, SBGİ-nin Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/003172 nömrəli 28.12.2020-ci il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına gələn 52137619 nömrəli vaqon ilə Şimal Ərazi Bas Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçərkən yükə dair qısa idxal bəyannaməsi verilməmişdir. İş üzrə “Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Şəxs" MMC tərəfindən Sumqayıt Bas Gömrük İdarəsində 25 noyabr 2020-ci il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********2648 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş yüklər 52137619nömrəli vaqon ilə 22 noyabr 2020-ci tarixdə saat 23:45-də Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş 27 yanvar 2021-ci il tarixli 00700-0254/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material 05.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin təsisçisi X4 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Onun təsisiçisi olduğu “xxxx MMC”nin adına rəsmiləşdirilmiş Rusiya Federasiyasindan 52137619, 52604139 və 52602471 nömrəli vaqonlar ilə göndərilmiş “X2 Mineral və kimyəvi Gübrələr” yükünü Azərbaycan Respublikasının gömrük sərhəddinin 22 noyabr 2020-ci il tarixində saat 23:45-23:47 radələrində “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Daha sonra həmin yük ilə bağlı gömrük rəsmiləşdirilmələri aparılmış və gömrük bəyannaməsi rəsmiləşdirilmişdir.Rəhbəri olduğu şirkət tərəfindən daxil olmuşyük ilə bağlı qısa idxal bəyannaməsinin verilməməsini qəbul edir. Lakin bildirir ki, çəkisi (netto) 189 000 kq olan “X1 Mineral və kimyəvi Gübrələr” yükü eyni vaxtda, eyni qoşqu ilə 52137619, 52604139 və 52602471 saylı vaqonlarla Yalama gömrük postundan keçsə də və daha sonra vahid gömrük bəyannaməsi ilə rəsmiləşdirilsə də,Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən qısa idxal bəyannaməsinin verilməməsi ilə bağlı hər vaqon üzrə ayrıca inzibati xətaya dair protokol tərtib edilmiş və baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Artıq iki dəfə o, həmin inzibati xəta ilə bağlı cərimələnmişdir. Belə hesab edir ki,eyni inzibati xətaya görə bir neçə dəfə cərimə olunması onun hüquqlarının pozulmasıdır. Odur ki,inzibati xəta haqqında iş üzr icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Sumqayıt Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı-X6 çıxış edərək bildirdi ki,həqiqətən də xxxx MMC-nin adına rəsmiləşdirilmiş “X2 Mineral və kimyəvi Gübrələr” yükü eyni tarixdə və eyni qoşqu ilə 03 ədəd vaqonda Yalama Gömrük Postundan keçərək ölkə ərazisinə daxil olmuş və daha sonra vahid gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir.Lakin hər bir vaqon ayrılıqda ayrı-ayrı müfəttişlər tərəfindəndən yoxlanıldığından hər bir vaqondakı yüklə bağlı ayrı-ayrılıqda qısa idxal bəyannaməsinin verilməməsi ilə bağlı inzibati xəta haqqında protko tərtib olunmuş və Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Odur ki, Məhkəmədən xxxx MMC barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və inzibati işin materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzabati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilənlərlə əsaslandırır: İş materiallarında olan Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC ********** VÖEN əsasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində vergi uçotu orqanı kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 25 noyabr 2020-ci il tarixli **********2648 sorğu nömrəli Gömrük Bəyənnaməsindən görünür ki, Şəxs MMC-nin ünvanına Rusiya Federasivasindan 52137619, 52604139 və 52602471 nömrəli vaqonlar ilə göndərilmiş “X2 Mineral və kimyəvi Gübrələr” yükü daxil olmuşdur. İş materiallarında olan Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarışın surətindən görünür ki 52137619, 52604139 və 52602471 nömrəli vaqonlar ilə göndərilmiş “X2 Mineral və kimyəvi Gübrələr” 22 noyabr 2020-ci tarixdə saat 23:45,13:46 və 23:47-də Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 19 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində 25 noyabr 2020-ci il tarixli **********2648 sorğu nömrəli Gömrük bəyənnaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş, yüklər 52137619, 52604139 və 52602471 nömrəli vaqonlar ilə 22 noyabr 2020-ci tarixdə saat 23:45,23:46 və 23:47-də Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş lakin həmin yükə dair gömrük ərazisinə gətirməzdən əvvəl gömrük orqanına elektron formada verilən qısa idxal bəyannaməsi verilməmişdir. İnzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-323/2021 saylı 09.02.2021-ci il tarixli qərarından (hakim Rövşən Xəlilov) görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (VÖEN **********) 52604139 nömrəli vaqon ilə 22 noyabr 2020-ci il tarixdə saat 23:46-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının Gömrük ərazisinəgətirilmiş yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. İnzibati işin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-390/2021 saylı 16.02.2021-ci il tarixli qərarından (hakim Elçin Məmmədov) görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (VÖEN **********) 52604139 nömrəli vaqon ilə 22 noyabr 2020-ci il tarixdə saat 23:47-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının Gömrük ərazisinəgətirilmiş yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Hazırda baxılan 3 (060)-497/2021 saylı inzibati işin materiallarından görünür ki, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (VÖEN **********) 52137619 nömrəli vaqon ilə 22 noyabr 2020-ci il tarixdə saat 23:45-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilmiş yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməməsinə görə Azərbaycan Respublikası Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş 27 yanvar 2021-ci il tarixli, 00700-0004/21 saylı protokol inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Həmçinin iş materiallarından görünür ki, Azerbayajan xxxx MMC-nin adına rəsmiləşdirilmiş ümumi çəkisi 189 000 kq olan “X2 Mineral və kimyəvi Gübrələr” yükü 3 vaqondan ibarət eyni qoşquyla 22 noyabr 2020-ci tarixdə saat 23:45-23:47-radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmişdir. Qeyd olunan yük 25.11.2020-ci il tarixli **********2648 saylı gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Lakin buna baxmayaraq şirkət tərəfindən ölkənin gömrük postundan eyni vaxtda eyni qoşqu ilə keçirilmiş və eyni adda, vahid gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş yük üzrə qısa idxal bəyannaməsinin verilməməsi ilə bağlı 18.01.2021-ci il tarixli 00700-0260/20,19.01.2021-ci il tarixli 00700- 0254/21 və 27.01.2021-ci il tarixli 00700-0004/21 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxlması üçün Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. 18.01.2021-ci il tarixli 00700-0260/20 saylı və 19.01.2021-ci il tarixli 00700-0254/21 saylı protokollar üzrə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 09.02.2021-ci il tarixli və 16.02.2021-ci il tarixli qərarlar çıxarılaraq Azerbaijan Fertilizers MMC 1500 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki, Azerbaijan Fertilizers MMC-tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilmiş ümumi çəkisi 189 000 kq olan “X1 Mineral və kimyəvi Gübrələr” yükləri eyni qoşquya qoşulmuş 52137619, 52604139 və 52602471 nömrəli vaqonlar ilə 22 noyabr 2020-ci tarixdə saat 23:45, 23:46 və 23:47-də Şimal Ərazi Baş Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş və 25.11.2020-ciil tarixində vahid Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan əməl vahid inzibati xəta kimi qiymətləndirilməlidir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-323/2021 saylı 09.02.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (VÖEN **********) 52604139 nömrəli vaqon ilə 22 noyabr 2020-ci il tarixdə saat 23:46-da Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilmiş yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Həmin əmələ görə Azerbaijan Fertilizers MMC artıq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraata başlana bilməz. Aşlanmış icraata isə xtam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9, 114.1.1, 53.0.7, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Yanvar Nəsirov küçəsi, ev 19/21, mənzil 16 olan Şəxs (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar